Biləsuvarda 27 yaşlı qadın qarpızdan zəhərlənərək öldü

11 İyul 2019 - 11:59
37 oxunma

Biləsuvarda 27 yaşlı Cəmilə Əlizadə qarpızdan zəhərlənərək ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, C.Əlizadə dünən axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə gətirilub. Yaxınları bildiriblər ki, qadın qarpız yeyəndən sonra zəhərlənib. Xəstəyə mümkün tibbi yardımlar göstərilsə də, o, səhər saat təxminən 05:30-da ölüb. Faktla bağlı rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Nazirlikdən əlavə ediblər ki, mərhumun yaxınları ölümün səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verilməsinə qəti etirazlarını bildiriblər. Buna görə də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"