Beyləqan səhiyyəsinin şikəst olan qaraciyəri, böyrəyi… – baş həkimdən nazirliyə menyu/Video

24 İyun 2019 - 02:02
777 oxunma

Beyləqan Mərkəzi Xəstəxananın həyətindən qandonduran kadrlara baxan. Bu mənzərə XXI əsr Azərbaycanının acı, dəhşət doğuran çılpaq reallığıdır.

Beyləqan Mərkəzi Xəstəxanası bütövlükdə ölkə səhiyyəsinin gözdeşən leytmotivi, pasportu, loqosudur. Həmin video görüntülərə baxanda adamın ürəyi parçalanır. Xərəkdə xəstəxanaya gətirilən adam həyətin tən ortasında taleyin ümidinə buraxılıb, nə təcili yardım, nə həkim yaxınlaşır.

Və xəstənin yaxını hayqıraraq üsyan edir, həkim personalını təcili yardıma çağırır, amma xəstəxanada kimsə tapılmır ki, vətəndaşı operativ şəkildə xilas eləsin. Bu zaman ağxalatlı qadınlardan birinin səsi eşidilir, o, zəng edərək həkimi çağıracağını söyləyir.

Təsəvvür edin, günün günortaçağı rayonun mərkəzi xəstəxanasında həkimlər yoxdur. Bilmək olmur tarlaya gediblər, yeyib-içməkdədirlər.

Reportyor.info xəbər verir ki, bu kadrlar səhiyyə naziri Oqtay Şirəliyevin Beyləqan səhiyyəsində radikal kadr dəyişiklikləri aparmasını zəruri edir.Söhbət Beyləqanda 14 iyun günü istehsalatda bədbəxt hadisə baş verməsindən gedir.

Heydər Əliyev parkında aparılan bayrama hazırlıq işləri çərçivəsində abidənitəmizləyərkən rayon sakini 62 yaşlı Əsədov Nürəddin İsa oğlu hündürlükdən yıxılıb.

Bu zaman onun sağ qıçı, qaraciyəri və böyrəkləri sıradan çıxıb.Əslində, sıradan çıxan Azərbaycan səhiyyəsinin sağ qıçı, qaraciyəri və böyrəkləridir.

Çünki Beyləqan RMX-nın baş həkimi Əli Məmmədov kimi şəxslər rəhbərlik edirıər. Baş həkim kadrlar çəkildiyi an harada olub? Niyə açıqlama vermir ki, xəstəxanada hansı səbəbdən həkim tapılmayıb?

Avropada belə hadisədən az sonra baş həkim ya istefa verər, ya da işdən azad olunardı.

Ə.Məmmədov isə vəzifəsinin başındadır. Təəssüf ki, səhiyyə naziri Beyləqan səhiyyəsinin demontaj edilməsi üçün heç bir addım atmadı.

Beyləqan sakinlərinin sözlərinə görə, baş həkim Əli Məmmədov cərrah kimi pis cərrah deyil: sünnət edir, qulaq deşir, saxta sənəd verir, rüşvət alır, hətta doğum işinə də baş vurur, doğum şöbəsində çalışan 3 işçinin hərəsindən ayda 1000 manat aylıq alır, benzin satır, dövlət hesabına xəstələrə verilən dərmanları pulla satışa çıxarır, yəni pul çıxan qara əməllərdə baş öndə gedir, fərasətli adamdır.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Əli Məmmədovun imza atdığı maliyyə maxinasiyaları heç də kiçik kəmiyyətlə ölçülmür. Bu prosesin ilkin mərhələsi isə tibbi avadanlıqların alınmasından başlayır.

Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına tibbi avadanlıqların alınması üçün 16255 manat pul ayrılıb.

Bu işlər də “Araş Medikal” MMC-nin imkanları hesabına qarşılanıb. Avtomobil və digər avadanlıqların satın alınması prosesi isə “Aysu-2” MMC-yə həvalə edilib.

Bu yolla da ayrılmış vəsait 17905 manat baş həkimin cibinə keçib. Yəni avtomobil və avadanlıq satın alınması sadəcə sənəd üzərində-formal aparılıb.

Əli Məmmədovun eyni şirkət vasitəsilə yumşaq inventarların alınması üçün 13772 manat xərclədiyini vurğulayan məlumatlı şəxsin deməsinə görə, baş həkim bərk inventarların alınması üçün ayrılmış vəsaitə də göz dikib:

“Belə ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi bu zaman “Paritet” MMC vasitəsilə daha 23820 manat əldə etməyə müvəffəq olub”.

 

Baş həkimin törətdiyi işlər bununla bitmir. Beyləqandan verilən məlumata görə, baş həkimin benzin maxinasiyası da faciəyə səbəb olub.

Təcili yardım avtomobillərinə ayrılmış benzin satılaraq baş həkimə verilir. Sürücülər təcili yardım maşınına yanacağı öz hesablarına vururlar.

Çağırışların birində təcili yardım maşınında benzin qurtardığına görə maşın yolda qalıb, maşında olan ağır xəstə xəstəxanaya vaxtında çatdırılmadığından vəfat edib. Bir neçə il əvvəl isə diri adamın morqa göndərilməsi böyük qalmaqala səbəb olub.

2017-ci ilin əvvəlində Beyləqan Rayon Mərkəzi Xəstəxanasında aparılam maliyyə yoxlamaları zamanı ciddi korrupsiya hüququpozmaları aşkarlanmışdı. Beyləqan rayon xəstəxanası bir aydan çox təftiş olunmuşdu. Çi fayda?!

Reportyor.info xatırladır ki, ötən il Beyləqan xəstəxanasında yerli sakin İsmayıl Qəhrəmanovun övladının başına gətirilənlərlə tanış olduqda 62 yaşlı Əsədov Nürəddinin yaşadığı müsibətə gərək təəccüblənməyəsən.

Beyləqanın Günəşli qəsəbə sakini İ.Qəhrəmanov bildirir diki,oğlu Elşadı qəsəbədə vəhşi çöl iti dişləyib, rayon xəstəxanasına zəng ediblər.

Heç bir təcili tibbi yardım gəlməyib, övladının ayağını birtəhər sarıyaraqBeyləqan rayon xəstəxanasına çatdırıb.

Başabəla olan baş həkim Əli Məmmədov xəstəxanada quduzluğa qarşı vaksinolmadığını bəhanə edib, öz qardaşının aptekindən aldırıb.

Görün, baş həkim hansı vicdanın sahibidir və indi 62 yaşlı kişinin nə üçün köməksiz qaldığı aydınlaşır.

Sadəcə, O.Şirəliyevin fəaliyyətinə, nazirliyə xələl gətirən bu hallara niyə dözümlülük nümayiş etdirilir, nə üçün baş həkim işindən çıxarılmır, maraqlıdır…

Uşağın atası deyib ki, sonradan həmin vaksin ordada tapılmayıb, baş həkim onu Daşburun qəsəbəsindəki aptekə göndərir. Orada vaksin 50 manatdır.

14 yaşlı Elşadın vəziyyəti bu saatlarda dahada kəskinləşib.Ailənin maddi durumu çox pis vəziyyətdə olduğundauşağa Beyləqan xəstəxanasında sistem belə köçürülməyib.

Səhiyyə Nazirliyinin dərman deposundan 180 adda peraparat Beyləqana pulsuz verilsədə,imkansız ailələr,şəhid və əlilər, şəkərli diabetlər, ağciyər xəstələrinə dövlətin dəstəyindən yararlana bilmirlər. Çünki baş həkim qardaşlarının apteklərində satdırır.

Bax belə… Beyləqan Mərkəzi Xəstəxanası qorxulu, morqa az qala çevrilmiş, bazara dönmüş bir səhiyə ocağıdır. Kadrlara diqqət edin, şərhə ehtiyac yox…

REPORTYOR.info

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"