14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Beyləqan İcra başçısının döydüyü vətəndaş: “Şəhidimin goruna söydü”

23 Aprel 2018, 11:25
Uncategorized
A A
Beyləqan İcra başçısının döydüyü vətəndaş: “Şəhidimin goruna söydü”

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin fəhləni döyməsi barədə xəbər vermişdik.

Yenicag.az-a danışan Rahil Əliyev bildirib ki, icra başçısı ilə polis rəisi onun yanına gəlib və Vaqif Abdullayev onu vurub:

“Təxminən gecə saat 00:30 radələri olardı. Başçı polis rəisi ilə birlikdə son dərəcə sərxoş halda qarovul çəkdiyim əraziyə gəldi. Sonra məni təhqir etməyə başladı. “Rayon rəhbəridir”, deyib səbrimi basdım ki, yola gətirim, xeyri olmadı. Ölümü söydü, ona – şəhidimiz olduğunu dedikdən sonra “Sənin şəhidinin gorunu ….”, – dedi və üstümə gələrək üzümə möhkəm yumruq zərbəsi endirdi. O qədər sərxoş idi ki, məni vurandan sonra özü də yıxıldı”.

Beyləqan rayonu Heydər Əliyev prospekti, ev 14 ünvanında beş qardaşı ilə eyni ünvanda yaşayan Rahil Əliyev, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevlə aralarında baş verən hadisənin nədən qaynaqlanmasını belə izah edib:

“Bir aydan artıqdır ki, rayonda Beyləqan Olimpiya Kompleksinin tikintisinə başlanılıb. Tikinti gedən ərazidə kiçik qardaşımla birgə gözətçi işləyirdim. Həmin vaxt meydança ərazisində qazıntıdan çıxarılan beş ədəd dəmir boru var idi. Həmin boruları başçının özünün göstərişi ilə meydançanın geyinib-soyunma otağına qoymuşdum. Sonra rayonda konsert keçirildiyi və incəsənət xadimlərinə maneçilik törətdiyi üçün həmin boruları meydançaya – digər tikinti materialları yığılan əraziyə qoymalı olduq. Bir neçə gün sonra yuxarının göstərişi ilə tikinti aparan şirkətin başqa şirkətlə əvəz olunması barədə göstəriş verildi. Başçı isə boruların ərazidən götürülməsi barədə rayonun Bələdiyyə sədirinə göstəriş vermişdi. Bir gün əraziyə nəzər yetirən zaman həmin borunun orada olmamasını görüb bələdiyyə sədri Novruz (Novruz Quliyev) müəllimlə telefonla əlaqə saxladım. O danışıq zamanı boruların onlar tərfindən aparılmadığını bildirdi. Daha sonra müəyyən etdim ki, borular 90-JX-380 dövlət nömrə nişanlı “Shagman” markalı yük maşını ilə təmirə (çox güman ki, rənglənməyə) aparılıb. Mən dərhal məlumatı Novruz müəllimə bildirdim. O isə razılaşdı”.

İcra başçısı ilə Rahil Əliyev arasındakı qarşıdurmaya məhz 5 dirəyin səbəb olduğunu qeyd edən zərərçəkən şəxs qeyd edib ki, icra başçısı və polis rəisi yeriyə bilməyəcək dərəcədə sərxoş olublar:

“İcra başçısı polis rəisi ilə birlikdə içəri girdilər. Sən demə polis rəisi Füzuli Sıxəliyev telefonla zəng edib qardaşım İlkin Əliyevi də çağırıb. Qardaşım gəldikdən sonra başçı rəisə dedi ki, “Bu banditlərin hər ikisini apar at içəri! Ciblərinə narkotik qoyub hər ikisini ilim-ayaq itir”. Qardaşım başçıdan nə üçün belə etdiyini soruşanda o bizi boru oğurluğu ilə ittiham etdi. Söyüş söydükdən sonra məni vurdu. Mənim burnumdan şiddətli qanaxma başladı. Həmin vaxt rayonun bələdiyyə sədri Novruz Quliyevi də ora çağırmışdı. Bizimlə birgə Novruz müəllimin də ünvanına təhqiredici və alçaldıcı söyüşlər yağdırırdı. Mən yerdə qanın içində olmağıma baxmayaraq, polis rəisi ilə birlikdə yenə döydülər”.

Polis şöbəsinə aparıldıqdan sonra onlara tibbi yardım edilmədiyini deyən, Rahil Əliyev bildirib ki, burnundan qan axmasına baxmayaraq, iki saata yaxın təbbi yardım çağırmayıblar:

“Məni və qardaşımı aparanda bu boru işindən cənab nazirin xəbərdar olduğunu bildirdim. İcra başçısı isə nazirin və ölkə rəhbərinin ünvanına ağır təhqiredici söyüş yağdırdı. Tibbi yardım göstərildikdən sonra qanaxmam qismən dayandı. Təxminən gecə saat beş radələrindən sonra (Məsələyə Gənclər İdman Nazirliyi qarışandan sonra) bizi evə buraxdılar”.

Baş verən hadisə zamanı burnunun sümüyü sınan Rahillə maraqlanan olmayıb. Yalnız məsələ ictimailəşdikdən sonra hadisədə adları çəkilən şəxslər ailənin qapısına ard-arda “elçilər” göndərməyə başlayıblar:

“İcra başçısı rayonda hörmət sahibi olan hər kəsi xahişə göndərir. Hətta burnumun əməliyyatı və beş min manat pul da təklif olunub. Amma razılaşa bilmərəm. O mənim üzümə qarşı cəbhədə şəhid olan dayımın goruna söyüb”.

Əldə etdiyimiz məlumata görə, hadisə baş verən gün Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayev rayon ərazisində yerləşən restoranların birində Rayon Polis Şöbəsinin rəisi Füzuli Şıxəliyev, rayon prokuroru Azər Osmanov və Rayon Bələdiyyəsinin sədri Novruz Quliyevlə ziyafətdə olublar.

Beyləqan RİH başçısının birinci müavini Telman Məstəliyev belə bir hadisənin olmadığını bildirib.

REPORTYOR.İNFO

Əvvəlki yazı

DİN Hüseyn Abdullayevin Azərbaycana gətirilməsi xəbərini təsdiqlədi

Sonrakı yazı

İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.