Mayın 13-də “Beşiktaş”ın bazasında bütün futbolçular, məşqçi heyəti və bazanın işçiləri koronavirus testi veriblər.
Qol.az xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib. Testin nəticəsi 8 nəfərdə müsbət çıxıb. Onların dərhal müalicəsinə başlanılıb. Koronavirusa yoluxanların şəxsiyyəti açıqlanmayıb.