04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Beş-altı evləri var, satıb dolansınlar” – Hafiz Hacıyev

05 Avqust 2020, 13:56
Maqazin
A A
“Beş-altı evləri var, satıb dolansınlar” – Hafiz Hacıyev

Azərbaycanda koronavirus epidemiyasına görə kütləvi mərasimlər, o cümlədən toylar təxminən 5 aydır ki, qadağan edilib, kafe və restoranlar işləmir. Avqustun 5-də sərt karantin rejimi yumşaldılsa da, kütləvi tədbirlərin keçirilməsinə qoyulan qadağa qüvvədə qaldı. Bu isə qazancı toylardan çıxan sənət adamlarının etirazına səbəb olub. Onların bəzisi “5 aydır heç nə qazanmadıqlarını” dilə gətirərək etiraz edirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev etiraz edən məşhurların mövcud vəziyyətlə barışmalı olduğunu qeyd edib:

“Açığı, karantinlə əlaqədar bəzən düzgün olmayan qərarlar qəbul edirlər. Marketlər açılır, amma dərzilər, paltar mağazaları açılmır, halbuki o mağazalara gündə beş-on nəfər gedir. Supermarketlərə gündə minlərlə insan daxil olur, heç ara məsafəsi də qorunmur. Bir şadlıq sarayında yüzlərlə işçi çalışır. Onların fəaliyyətini dayandırıb, evə doldurmaqla olmur, onlar da ac qalır axı. Qaldı ki, bəzi imkanlı insanlara, müğənnilərə toylar olmasaydı onlar 200 minlik “Range Rover” sürə bilməzdilər. Dözməliyik, bu bütün dünyada gedən prosesdir. Dövlət nə edirsə, xalqdan ötrü edir ki, yoluxma sayı artmasın. Müğənnilər də bir az dözməlidir. Apasınlar maşınlarını satsınlar, çörək yesinlər. İndi biz bunları deyəndən sonra düşəcəklər üstümüzə ki, belə dedilər, amma hamını nəzərə almalıyıq”.

Partiya sədri qeyd edib ki, Azərbaycanın inkişafını istəməyən qüvvələr var, onların mövcud vəziyyətdən yararlanmasına imkan vermək olmaz:

“Bu xalq, dövlət bizimdir. Bəzi əngəl yaratmaq istəyən qüvvələr var və bu qara qüvvələr belə şeylərdən istifadə etmək istəyirlər. Gərək onların əllərinə fakt verməyək, bu baxımdan bir az dözmək lazımdır, səbirli olmaq lazımdır. Ölkə prezidenti ağıllı insandır, hər şeyi düşünür, hesablayır. Düşünürəm ki, Nazirlər Kabinetinin növbəti iclasında bunlar nəzərə alınacaq. O etiraz edən müğənnilər belə çıxır ki, əldəyməz insanlardır, ömürlərinin axırına qədər firavan yaşamalıdırlar? Gündə qara ikra, qırmızı ikra yeməlidirlər? Nə olar, onlar da Azərbaycan xalqının bir parçasıdır. Ayda 200-250 manat alan müəllim, həkim necə dözür? Neçə aylardır işsiz qalan günəmuzd işləyənlər necə yaşayırlar? Onları da nəzərə almalıdırlar. Hamımız bilirik ki, vəziyyət gərgindir, insanların maddi vəziyyəti yaxşı deyil. Biz müharibə şəraitində yaşayan ölkəyik, buna da dözüb, yola vermək lazımdır. Bizim hörmətli müğənnilərimiz də fikirləşməlidirlər ki, eybi yoxdur, ilin 12 ayı işləyiblər, 3-4 ay da büdcələrində olan pullardan yesinlər. İki maşın əvəzinə birini sürsünlər. xarici dövlətlərə səfərə getməsinlər, 4-5 ay da dözsünlər. Hamımız o vəziyyətdəyik. Bundan sui-istifadəyə yol vermək olmaz. Belə vəziyyətdən istifadə edən qüvvələr var. Millətin zəif damarından tutub müəyyən işlər görə bilərlər, biz buna imkan verməməliyik. Burda da mikrofon tutub zırıldayanlardan istifadə edə bilərlər. Məncə, Firuzə İbadova kimi korifey bir müğənni bunu etməz. Hətta ac da qalsa, bunu abırına, ismətinə sığışdırıb etməz. Məsələn, Cavanşir Məmmədov etməz. Çünki onlar vətənini, millətini sevən insanlardır. Amma bu danışanların hərəsinə 5-6 ev veriblər, hər nazir keçirdiyi əyləncədə bi ev verib. Onların iki-üçünü satsınlar, dolansınlar, dünyanın axırı deyil ki”.

Əvvəlki yazı

Virusdan ölən jurnalistin telefonu “Yeni klinika”da itib

Sonrakı yazı

Baş prokuror və hərbi prokurorun əlavə müavinləri olacaq

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.