BDU-nun rektoru deputata yeni vəzifə verib – SİYAHI

14 İyun 2019 - 16:21
175 oxunma

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.“Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.

Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib. Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.

Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.

Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.

İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"