12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bazarlarda qiymətlər əl yandırır, Şahin Mustafayevlə İnam Kərimov yay tətilində…

13 İyul 2019, 00:27
Manşet
A A
Bazarlarda qiymətlər əl yandırır, Şahin Mustafayevlə İnam Kərimov yay tətilində…

Azərbaycanda mövsümi meyvə-tərəvəzin qiymətləri “od tutub yanır”. İlk dəfə pomidorin kilosu 2 manata, gilas 2-3, ərik 4-5 manatdan aşağı satılmır.

Bazarlarda qiymətlərin kəllə-çarxa qalxması orta və aztəminatlı təbəqəni bu məhsullardan dadmaqdan məhrum edib. Hökumət heç bir izah vermir.

Reportyor.info-nun əldə etdiyi məlumata görə, bahalaşmanın əsas səbəbi monopoliya siyasətidir. Ölkədə ayrı-ayrı yüksək çinli məmurların inhisarında olan bu məhsullar idxalın ucbatından od qiymətinə satılır.

Yerli məhsullar da qeyri-ixtiyarı olaraq xaricdən gətirilən mallarla rəqabətdə bahalaşır, vətəndaşların mövsümi meyvə almağa imkanı çatmır.

Bu, İqtisadiyyat Nazirliyinin və Kənd Təsərrüfatı Nazirliyinin heç bir aqrar, tarif proqramı olmadığını isbat etməkdədir. Sıfır hərəkətlənmə!

Hər iki nazirlik tərəfindən qiymətlərin tənzimlənməsi, məhsuldarlığın artırılması istiqamətində heç bir addım atılmayıb. İqtisadiyyat naziri Şahin Mustafayevin bahalaşma barədə açıqlamasına rast gəlmisinizmi?

Kənd təsərrüfatı naziri İnam Kərimovun qiymətlərin dodaq uçuqladan olması ilə bağlı izahatını görmüsünüzmü? Sanki nazirlər yay tətilinə çıxıb.

***

Əslində necə olmalıydı; prezident İlham Əliyevin 2018-ci il aprel seçkilərindən sonra KTN-ə rəhbər təyin etdiyi İnam Kərimov özünü il yarım ərzində doğrultmalıydı.

O, innovativ aqrar siyasəti həyata keçirməklə real nəticələr təqdim etməliydi. Amma nə İsmət Abbasov, nə Heydər Əsədov dövründən fərqli bir fəaliyyət müşahidə olunmur.

Əksinə, İ.Kərimov yay mövsümündə meyvə-tərəvəzin ən baha olduğu zamanın naziri kimi tarixdə qaldı.İslahatçı nazirin dönəmində çox şükür, “islahat” sayəsində gilas, albalı, ərikdən də məhrum edildik.

 

Ən pisi nazirin heç bir şərh verməməsi, nazirliyin bahalaşma barədə susqunluğudur. Eyni sözləri iqtisadiyyat naziri Şahin Mustafayev haqda söyləmək olar.

Nazirlik yanında Antiinhisar Xidməti fəaliyyət göstərir, bazarlarda nəzarəti həyata keçirir, qiymətlərin tənzimlənməsi, inhisarçılığın qarşısının alınması funksiyaları bu qurumun üzərindədir.

Amma Ş.Mustafayev həmişə olduğu kimi, özünü tarix müəllimi yaxud AMEA-nın müxbir üzvü kimi aparır. Bu ölkənin iqtisadi həyatında baş verənlərin cənab nazirə elə bil ki, aidiyyəti yoxdur.

Çünki nazir iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının belə düzgün qoyulmasından xəbərsizdir. Üçrəngli bayrağın tərsinə qoyulmasından agah olmayan bir nazirin bazarlardakı bahalaşmadan niyə də xəbəri olsun k?!

Bu mənada İqtisadiyyat Nazirliyi kimi mühüm bir struktura çevik, işləyən fiqur, təşəbbüslərlə çıxış edən, aktiv fəaliyyət göstərən kadr nazir təyin edilməlidir.

Bazarlarda dəhşətli bahalaşma var və buna cavabdeh olan iki nazirlik susursa, ictimaiyyət, media sualı kimə verməlidir – ekologiya nazirinə yoxsa hava proqnozları bürosuna?

***

Əriyin bir kiloqramının qiyməti 5-7 manat, gilasın ən yeməli növü olan “öküzürəyi” nin qiyməti 5-8 manat, albalının bir kiloqramı 4-5 manat, çiyələyin isə qiyməti 3-4 manat…

Bazarlarda və marketlərdə mövsüm meyvələrinin qiyməti ilə nəinki qışa tədarük görmək, heç doyunca alıb yemək də olmur. Mövsüm meyvələrinin iyun ayının sonunda bu qiymətə satılması həyətində meyvə ağacı olmayan paytaxt əhalisini demək olar ki, bu meyvələrə tamarzı qoyub.

Meyvələrin bu həddə olması əhalini də narazı salır. Çünki sözügedən mövsüm meyvələrinin əsas yeyilmə dövrü indidir, bir müddət sonra gilas və əriyin yığımı bitəcək.

Lakin qiymətlər insanların kifayət qədər bəhrələnməsinə imkan vermir. Qışlıq konservlərin bağlanması üçün isə ümumiyyətlə bu qiymətlər sərfəli deyil.

Ötənilki rəqəmlərə baxsaq, 360 min ton gilas, 269 min ton ərik, 249 min ton alça, albalı cəmi 102 ton olub. Ötənilki göstəricilər belə çox da yüksək deyil. Bu il daha da az olacaq.

Azərbaycanda 2 formada monopoliya mövcuddur. Onlardan birincisi  kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ilə bağlı xarici ticarətdə tətbiq edilən monopoliyadır.

Bu inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsinə məsul olan şirkətlərin sayının azalmasına, yəni  ixracla məşğul olan şirkətlərin qeyri-rəsmi siyahılarının tətbiqinə gətirib çıxarıb.

Sirr deyil ki, bir sıra ərzaq və kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən zaman qeyri-rəsmi icazələrin alınmalıdır. Ölkəyə idxal olunan məhsullar az sayda əllərdə idarə edildiyindən bazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə gətirib çıxarıb.

O baxımdan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı birinci inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsində tətbiq edilən əngəllərdir.

Digər inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara daxil olması zamanı yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul istehsalçıları məhsullarını paytaxtın istehlak bazarlarında birbaşa satmaq imkanına malik deyillər.

Onlar istehsal etdikləri məhsulları aşağı qiymətə bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil verirlər.Nəticədə həmin məhsullar inhisarçılar tərəfindən daha yüksək qiymətə alıcılara təklif edilir.

REPORTYOR.info

 

 

Əvvəlki yazı

Bakıda külək güclənib, Göygölə dolu yağıb- ETSN məlumat yaydı

Sonrakı yazı

GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.