01-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bazarın Hacısı

07 Noyabr 2019, 23:22
Manşet, Banner
A A
Bazarın Hacısı

 

Jurnalist Araşdırması

Millət vəkili, yoxsa biznesmen polkovnik?

Hacı Salayevin adı da parlamentin “lal deputatları” siyahısındadır. Jurnalistlərin belə üzünü görüb, səsini eşitmədikləri deputatlardan biri də Sumqayıt-Abşeron seçki dairəsindən mandat almış Hacı Salayevdir. Yenə, Qoqolun “Ölü Canlar” əsəri yadımıza düşdü. Deputatın nə dərəcədə tanınması haqda jurnalistlər sorğu da aparıblar. Məlum olub ki, onu kimsə tanımır, hətta hakim partiyanın qəzetlərini təmsil edən yazarlar belə. “Deputat Hacı Salayevin Milli Məclisin iclaslarında çıxışının şahidi olmamışam. Amma komitə iclaslarında müzakirə olunan məsələlərə münasibətini bildirir. Onun seçiciləri ilə necə işlədiyi barədə də məlumatsızam. Amma Hacı Salayevin tərcümeyi-halı ilə tanış olarkən onun ali təhsil aldığını, Xüsusi İdarədə müxtəlif vəzifələrdə çalışdığını görmək olar. Hacı Salayev haqda məlumatlarda onun ABS-ın fəxri vətəndaşı olmasına da rast gəlmək olar. Hesab edirik ki, deputatlar millətin vəkilləri kimi vaxtaşırı öz fəaliyyətləri barədə ictimaiyyətə məlumatlar versələr, daha yaxşı olar”.

“Həm seçicisi, həm də parlament jurnalisti kimi onun Milli Məclisdə çıxış etdiyini görməmişəm. Ceyranbatanda yaşayıram, onun bir dəfə də olsun seçicilərlə görüşdüyünü və ya maraqlandığını görməmişəm”.

“Deputat olaraq fəaliyyətini çox passiv qiymətləndirirəm. Baxmayaraq ki, Hacı müəllimin namizəd olduğu Sumqayıt şəhərində kifayət qədər problemlər var, amma nədənsə deputat bu məsələləri parlamentdə qaldırmaq istəmir. Hacı Salayev mənim üçün jurnalistlərdən və seçicilərindən uzaq düşmüş deputatdır.”

Onu jurnalist və seçiciləri belə “tanıyır”. Bəs onun kənarda tanıdan hansı önəmli fəaliyyətləri var?

Deputatın çox “dərin” dosyesi
Deputat Hacı Salayevin, həqiqətən, maraqlı dosyesi varmış. 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 2002-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1996-2002-ci illərdə Prezident yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti) hərbi xidmətdə olub. Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olub. 2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək SOCAR prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib. 2010-cu ildən bəri Milli Məclisin deputatıdır. Maraqlı bir nüans da odur ki, o hətta ABŞ-ın fəxri vətəndaşıdır. Mətbuatda bir çox deputatlar kimi onun adı da biznes fəaliyyəti ilə hallanır.

Deputatın sahib olduğu biznes obyektləri sırasında ilk növbədə Yasamal rayonu ərazisində yerləşən və paytaxtın elit məkanlarından biri kimi tanınan “Lake Palace Hotel”in adı çəkilir. Çox yüksək qiymətlərin olduğu deyilən hotelə daha çox xarici turistlərin və yerli elitanın nümayəndələri gəlirlər. Məlumata görə həyətində göl olan “Lake Palace Hoteli”nin tikilməsinə və içinin bəzədilməsinə milyonlarla manat pul sərf edilib. Salayevin biznes şəbəkəsinə daxil olan obyektlərdən biri də “Trust” Mühafizə Şirkətidir. 3 min nəfərdən çox əməkdaşı olan şirkət ölkədəki xeyli obyektin mühafizəsini təşkil edir. Bu obyektlər arasında banklar, istehsal müəssisələri, böyük satış mərkəzləri, əcnəbi şirkətlərin ölkəmizdəki nümayəndəlikləri və digər obyektləri var. Bir ara “Trust”un əməkdaşlarının mühafizə etdiyi “Pepsi-coca cola” şirkətindən oğurluq etdikləri açıqlanmışdı. Məlum olmuşdu ki, mühafizəçilər ordan böyük miqdarda “marqans” kimi tanınan kalium permanqanat maddəsi oğurlayıblar. Xəbərdə qeyd olunurdu ki, şirkət ilə “Trust” arasında aparılan danışıqlar vasitəsilə nəticə əldə olunmadığı üçün işə hüquq-mühafizə orqanları qarışıb. Bundan sonra “Trust”da həbslər həyata keçirilib və xeyli şəxs saxlanılıb.

Millət vəkili bizneslə məşqul olmalıdır?

Deputatla bağlı medianın diqqətini çəkən bir məqam da onun övladlarının yaşadığı lüks həyat tərzidir. Deputatın oğlu Kənan milyarder Telman İsmayılovun qardaşı qızı Arzu Mərdanova ilə ailə həyatı qurub sonra isə boşanıb. Məlumatlara görə, Telman İsmayılovla qohum olandan sonra Hacı Salayev Türkiyədə də bir sıra biznes obyektləri açıb. O obyektlərdən biri deputatın oğlu “AzerGold” QSC-nin Streteji planlaşdırma və biznesin inkişafı şöbəsinin müdiri Kənan Salayevin İstanbulun Beşiktaş səmtində fəaliyyət göstərən “ALLİANCE CAPİTAL İNŞAAT TELEKOMMUNİKASİON SANAYİ ve TİCARET LİMİTED” şirkətidir. Şirkət 2012-ci ilin iyunun 16-da qeydiyyatdan keçirib. Sərmayənin 475 min lirəsi Kənan Salayevə, qalan 25 min lirəsi ortağı Mustafa Cevleyan adlı iş adamına aiddir. Şirkəti Mustafa Cevleyan idarə edir. Şirkət yaşayış binaları, iş və ticarət mərkəzlərinin tikintisi və satışı ilə məşğul olur.

Başqa bir xəbərə görə, deputatın digər oğlu Turqut Salayev də 2017-ci ilin 24 avqustundan İstanbulda şirkət sahibidir. Onun İstanbul Ticaret Odasında 50 min TL nizamnamə kapitalı ilə qeydiyyatdan keçirdiyi “Teks Group İnşaat Sanayi Ve Ticaret Anonim Şirkəti” də tikinti sahəsində fəaliyyət göstərir. Deputatın kiçik oğlu Turqut Salayev də avtomobil həvəskarı olduğu üçün, vaxtaşırı sosial şəbəkələrdə nümayiş etdirdiyi lüks avtomobilləri ilə gündəmə gəlib. Vaxtilə Turqut Salayevin 10-TT-010 və 90-DD-010 nömrələri ilə idarə etdiyi maşınlarının görüntüsü “Auto.az” saytında açıq şəkildə göstərilmişdi. Eyni nömrənin bir neçə avtomobilə vurulması qadağan olsa da, deputatın oğlu eyni nömrəni həm “Range Rover”, həm də “Mercedes CL63″ə, 90-DD-010 nömrəsini qara rəngli “BMW X6”ya vuraraq paytaxt küçələrində şütüdüyü məlum olmuşdu.

Yaxın vaxtlarda mətbuatda belə maraqlı bir xəbər də yayıldı ki, deputat Hacı Salayev ona hamilik edən Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla yollarını ayırıb. Deyildiyinə görə, deputat Kamaləddin Heydərovun əleyhdarları ilə biznes ortaqlığı qurmağa başlayıb. FHN şefinin həmin əleyhdarları hazırda Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə yaxın olan şəxslərdir. Qeyd edək ki, deputata məxsus mühafizə şirkəti uzun müddətdir FHN şefinin holdinqlərinin və obyektlərinin mühafizəsini həyata keçirir. Həmçinin Hacı Salayevin qardaşı general-mayor Baba Salayev də Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi vəzifəsində işləyir. Hələlik deputatla bağlı sizə çatdıracaqlarımız bu qədər.

Amma onun deputat fəaliyyəti ilə bağlı elə maraqlı bir məqam tapmadıq ki, onu da sizə təqdim edək. Nə etmək, görünür, Azərbaycan gerçəkliyində deputat mandatı daşımaq elə belə olur.

https://storage.googleapis.com/qurium/azadliq.info/230193.html

 

Əvvəlki yazı

“YALANDAN ADINI MÜSTƏQİL QOYUB, “KÖLƏLİK MEDALI” TAXAN JURNALİST.”!!!

Sonrakı yazı

Nar Festivalında iştirak haqqı qazanan qaliblər məlum oldu

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.