12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş prokurorun yeni müavinləri – Hərəsi bir ölkədə təhsil alıb (DOSYE)

24 May 2020, 11:04
Manşet
A A
Baş prokurorun yeni müavinləri – Hərəsi bir ölkədə təhsil alıb (DOSYE)
Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Baş prokurorun birinci müavini Rüstəm Usubovu və Baş prokurorun müavini Namiq Əsgərovu tutduqları vəzifədən azad edib.
Dövlət başçısının müvafiq sərəncamları ilə Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Yeni müavinlər kimdirlər? Reportyor.info modern.az-a istinadən onların qısa dosyesini təqdim edir:
Baş prokurorunun birinci müavini Elçin Məmmədbağır oğlu Məmmədov 1971-ci ildə anadan olub, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına qulluğa qəbul olunaraq, Azərbaycan nəqliyyat prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor işləyib.
1994-cü ildən Azərbaycan nəqliyyat prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsinin prokuroru, 1995-ci ildən Azərbaycan nəqliyyat prokurorluğunun böyük müstəntiqi, 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti kimi çalışıb.
2002-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi işləyib.
2012-ci ildən Gəncə şəhər prokurorunun müavini vəzifələrində çalışıb, 3 fevral 2016-cı il tarixdən son təyinatadək Lənkəran prokuroru vəzifəsində işləyib.
Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun birinci müavini vəzifəsinə təyin edilib. Rus dilini bilir.
Baş prokurorunun müavini Elmar Heybət oğlu Camalov 1969-cu ildə anadan olub, 1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi işləyib. 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində çalışıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət edib, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi işləyib.
2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışıb.
6 noyabr 2019-cu ildən son təyinatadək Mingəçevir şəhər prokuroru vəzifəsində işləyib. Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun müavini vəzifəsinə təyin edilib. Rus dilində sərbəst bilir.
Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Hafiz oğlu Rəcəbov 1964-cü ildə anadan olub, 1989-cu ildə Karaqanda Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib. Daha sonra Qazaxıstan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq, Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.
1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına keçirilmə qaydasında işə qəbul olunaraq, Nəqliyyat prokurorluğunun prokuror-kriminalisti və baş müstəntiqi vəzifələrində işləyib. 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin Qanunvericiliklə iş üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru, böyük prokuror-metodisti vəzifələrini tutub.
1995-ci ildən Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru və böyük prokuroru, 2001-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində çalışıb.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinə işə keçirilərək, həmin şöbənin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində işləyib. 29 yanvar 2015-ci ildə prokurorluq orqanlarına işə keçirilərək, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilib, III dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Azərbaycan Prezidentinin 28 sentyabr 2018-ci il tarixli sərəncamı ilə N.Rəcəbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Baş prokurorun 20.12.2019-cu il tarixli əmri ilə isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
N.Rəcəbov Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun  müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rus dilində sərbəst danışır.
Əvvəlki yazı

Hacı İbrahimə 1,5 milyon “atdı”, Afrikaya qaçdı

Sonrakı yazı

Gələn həftə bu qadağalar götürüləcək

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.