05-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baş infeksionistdən ikinci dalğa proqnozu: “Daha da ağırlaşa bilər…”

10 İyul 2020, 09:56
Sosial, Manşet
A A
Baş infeksionistdən ikinci dalğa proqnozu: “Daha da ağırlaşa bilər…”

Azərbaycanda koronavirus epidemiyasına yoluxanların və ölənlərin sayında azalma müşahidə olunmur. Faktiki olaraq, sərt karantinlə əvvəlki xüsusi karantin rejimi dövründə yoluxmalarda ciddi fərq yoxdur.

Üstəlik, həkimlər payız dalğasına hazır olmağa çağırırlar. Halbuki  qonşu Gürcüstanda gündəlik yoluxma 5-6 nəfərdir, Türkiyədə müsbətə doğru ciddi nəticələr əldə olunmağa başlanıb.

Bizdə isə təqribən ölkənin yarısında sərt karantin rejimi tətbiq olunub, iyunun 21-dən iyulun 20-dək bir ay bir çox xidmət sahələrində iş dayanıb, di gəl, yoluxma azalmır ki, azalmır…

Azərbaycanın baş infeksionisti Cəlal İsayevin isə “Yeni Müsavat”a bildirdiyinə görə, ölkədə fövqəladə vəziyyətin elan olunması insanların işini ağırlaşdıra bilər.  Onun fikrincə, hamılıqla sosial izolyasiyaya riayət etsək, tibbi maskanı birmənalı olaraq taxsaq, əlavə tədbirlər görülməsinə ehtiyac qalmaz.

Baş infeksionist hesab edir ki, marketlərdə, banklarda maska tələbi artıb və hər yerdə nəzarət güclənməlidir. “Sosial təcrid əsasdır. Biz karantin qaydalarını daha da sərtləşdirsək, insanlarımız əziyyət çəkərlər. Hər kəs maska taxsın, başqa tədbirlərə ehtiyac qalmaz. Sadəcə, ciddi nəzarət lazımdır və insanlar da bilməlidirlər ki, hər yerə polis qoymaq olmur”, – deyə C.İsayev bildirdi.

Gürcüstan nümunəsindən danışan baş infeksionist hesab edir ki, onların əhalisi Azərbaycandan azdır: “Gürcüstan fövqəladə vəziyyət elan etdi, amma bu tədbiri daimi saxlaya bilməz. Əgər onlar karantin qaydalarına əməl etməsələr, orada da yoluxmada artım olar.

Digər tərəfdən,  əhalimiz onlardan çoxdur. Bakının 3-4 milyon, Tiflisin 1 milyon əhalisi var. Əhali sıxlıq olan yerlərdə virus daha çox yayılır. Bakı da sıxlıqdır, metro bağlanıb, indi də avtobuslarda sərnişin çoxdur”.

C.İsayev qeyd etdi ki, marketə, bazara gedəndə maska taxmayan gənclərə irad tutur: “Gənclərimiz bəzən məsuliyyətsizlik edirlər. Mən gördümsə maska çənəsindədirsə, irad bildirirəm ki, maskanı qaldır. İndi dövlət hər yerdə polis nəzarəti tətbiq edə bilməz. Gərək vətəndaşlar özlərinə qarşı həssas olsunlar. Ümumiyyətlə, maska taxmaq atributa çevrilməlidir. Bu epidemiya gec-tez dayanacaq. Amma biz çalışmalıyıq ki, itkilər artmasın”.

Baş infeksionist payızda gözlənilən ikinci dalğanın təhlükəsindən də danışdı: “Havanın soyuması ilə bağlı virusun qalması təhlükəsi var. Digər respirator infeksiyaların, qripin virusa yoluxanları tutması ilə bərabər vəziyyət daha da ağırlaşa bilər”.

Əvvəlki yazı

Prokurorluqdan yataqxanadakı qətllə bağlı – Açıqlama

Sonrakı yazı

Həftəsonu postlar bərpa edilə bilər – Rəsmi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.