“Barış bulağı” əməliyyatı: Türkiyə 2 şəhid verdi

11 Oktyabr 2019 - 16:17
65 oxunma

Suriyanın Tel Rıfat bölgəsində terrorçu PKK/PYD qruplaşması Türkiyənin hərbi hissəsinə hücum edib.

Virtualaz.org türk mətbuatına istinadən bildirir ki, hücum zamanı iki hərbiçi şəhid olub, üçü isə yaralanıb.

Bildirilir ki, şəhid olan əsgərlər Yunus Mermer və Abdulhamit Bilgendir. Yaralılar isə təcili tibbi yardım maşını ilə Kilis şəhərindəki xəstəxanaya aparılıb.

Qeyd edək ki, Türkiyə hərbiçilərinə hücum oktyabrın 11-də olub. Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında “Barış bulağı” adlı antiterror əməliyyatına başlayıb. Əməliyyatlar zamanı 342 terrorçu zərərsizləşdirilib.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"