15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baku Medikal Plaza qanunsuz həkim işlədir

11 May 2020, 11:26
Gündəm, Cəmiyyət
A A
Baku Medikal Plaza qanunsuz həkim işlədir

Bildiyiniz kimi ölkəmizdə qeyri-qanuni olaraq fəaliyyət göstərən İran İslam Respublikasının vətəndaşı, “həkim” plastik-estetik cərrah; hazırda Baku Medikal Plazanın Babək filalında çalışan Sirus Qoçqani arzuolunmaz formada ilk dəfə model Leyla Oruclunun ölümü ilə gündəmə gəlmişdi. Qeyd olunan neqativ faktla bağlı Sirus Qoçqaninin hüquqlarını vəkil Turkel Suleymanli müdafiə edirdi.

Həmin ərəfədə tibbi ekspertiza Sirus Qoçqaninin sözügedən modelin ölümündə təqsirinin olmadığına dair rəy vermiş, vəkil T.Süleymanlı da Sirus Qoçqaninin günahsızlıq eyforiyasını israrla müdafiə etmişdi. Lakin, heç kim müəyyən etməmişdi ki, bu “həkimin” ümumiyyətlə praktiki tibbi fəaliyyətlə məşğul olmağa dair sertifikasiyası olmadığından onun heç bir cərrahi əməliyyatı icra etməyə, eləcə də pasiyent qəbul etməklə konsultasiya aparmağa dair hüququ yoxdur. Bu da qəsdli şəkildə insan həyatını əsassız riskə məruz qoymaq deməkdir ki, model Leyla Oruclunun ölümündə də əsassız risk amili baxımından Sirus Qoçqaninin təqsiri birmənalı olaraq mövcuddur. Odur ki, baş vermiş bədbəxt hadisə ilə bağlı müfəssəl araşdırmaya kifayət qədər ehtiyac var idi.

Qeyd edilənlərdən ziyadə Sirus Qoçqaninin zaman etibarı ilə təzad yaradan açıqlaması da xüsusi diqqət çəkir. Belə ki, www.sonxeber.az saytına açıqlamasında adı çəkilən “həkim” bildirmişdir ki, “Bu cür xəstələrin 1-3 faizi dünyasını dəyişir”. (26.06.2017) https://sonxeber.az/…/son-deqiqe-22-yasli-leylanin-olmunde-…
.

27.05.2019-cu il tarixdə Baku Medikal Plazanın Babək filialında yenə Sirus Qoçqani tərəfindən icra edilmiş uğursuz liposaksiya əməliyyatının gedişatında dünyasını vaxtsız dəyişmiş-həkim-ginekoloq Sona Veliyeva Gürgünla bağlı isə məlum şəxs belə bir vəd vermişdir ki, guya onun əməliyyatın icrası üçün istifadə etdiyi “Lipomatik 6D” Laser Pro Life aparatı xəstənin həyatı üçün yarana biləcək mövcud riskləri aradan qaldırma özəlliyinə sahibddir. Belə çıxır ki, xəstənin həyatı üçün heç fatal risk ola bilməzdi. Lakin, əməliyyat üçün tibbi-bioloji müayinə nəticələri belə adekvat olmayan Sona Veliyeva Gürgün 27.05.2019-cu il tarixdə saxta həkimin uğursuz əməliyyatı nəticəsində dünyasını dəyişdi.

Faktın mətbuatda acı gündəm yaratmasına baxmayaraq, nə S.Qoçqani, nə də onun çalışdığı Baku Medikal Plazanın Babək filialının rəhbərliyi heç bir açıqlamada görsənmədilər. Bu azmış kimi Sirus Qoçqani və həyat yoldaşı Könül Qoçqani məsələ ilə bağlı onlara ünvanlanan suallara müxtəlif təhqirlərlə cavab verməkdən çəkinməyərək, mərhumənin gözüyaşlı ailəsini günahkar bildilər.

Məsələnin tərəfimdən mətbuatda geniş şəkildə ictimailəşməsindən sonra Baku Medikal Plazanın Babək filialının rəhbərliyi yeni əməliyyatlarının icrası üçün yeni “Lipomatik 7D” aparatını alaraq Sirus Qoçqaninin istifadəsinə verdi. 👇

Halbuki, Sirus Qoçqani .şəxsən mənə açıqlamasında qeyd edilən iki aparat arasında heç bir fərqin olmadığını, aparatların hətta xəstəni “piy emboliyası” riskindən belə qoruduğunu bildirmişdi.

Əgər həqiqətən sözügedən aparatlar arasında zərrə qədər fərq mövcud deyildisə, o zaman kifayət qədər yüksək qiymətə yeni aparatın alınması və analoji şəkildə onun “instagram” sosial şəbəkəsi vasitəsilə reklam edilməsi zərurəti nədən irəli gəlirdi?!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-nin Sirus Qoçqani haqqında rəsmi açıqlması:

Ardıcıl sorğularla müraciətlərdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri xanım Səidə Rüstəmova 06.03.2020-ci il tarixli 5-59/Z-3426№-li cavab məktubda bildirmişdir ki, “İran İslam Respublikasının Behişti adına Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetinin məzunu Sirouse Ghouchkani (Sirus Qoçqani) Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin( işçilərin) #sertifikasiyasından keçməmişdir.

Sertifikasiya nədir?

Nəzərinizə çatdırım ki, Sertifikasiya – səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir.

Səhiyyə mütəxəssislərinin sertifikasiyası “Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr va dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli Qanununun tətbiq edilmasi barədə” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2009-cu il tarixli Fərmanına va Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya qaydası”na uyğun olaraq aparılır.

Tabeliyindən va müllkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan ali va orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssisləri beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə və Əhalinin Sağlamlığının Qorunması Haqqında Azərbaycan Respublikasının qanununa əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər sertifikasiyaya cəlb edilirlər.

Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Gördüyünüz kimi qeyd edilən faktlar rəsmi reallığa və obeyktiv araşdırma nəticəsinə söykənir. Və hər kəs bilsin ki, Sirus Qoçqani yol verdiyi cinayət əməllərinə görə mütləq qaydada qanun qarşısında cavab verəcək.

İctimai vəkil Samir Zeynalov

Reportyor.info üçün

 

Əvvəlki yazı

Bakıda I sinfə qəbulla bağlı rəsmi məlumat

Sonrakı yazı

Röya bikinidə “Tarqovı”da dolaşdı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.