10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Baku Medical Plaza”da ölüm hadisəsi – Həkim səhvinin qurbanı, yoxsa?..

28 Fevral 2021, 14:53
Gündəm
A A
Baku Medical Plaza”da ölüm hadisəsi – Həkim səhvinin qurbanı, yoxsa?..

“Baku Medical Plaza” klinikasında ölüm hadisəsi baş verib.

HİT.Az xəbər verir ki, Qurbanova Aygün Bəysəfa qızı qeysəriyyə əməliyyatından sonra həyatını itirib. Bu barədə onun qayınatası Qurbanov Abdulqafur Abdurrahman oğlu Baş prokuror Kamran Əliyevə ünvanladığını müraciətdə bildirib. O, müraciətin bir surətini də redaksiyamıza yollayıb.

Şikayətçi yazır ki, hamilə olan gəlini 19 fevral 2021-ci il tarixdə “Baku Medical Plaza” klinikasına müraciət edib. Oranın həkimi Natı Musalı Aygün Qurbanovanı müayinə edərək bətnindəki körpənin sağlam olduğunu bildirib.

Fotoda: Natı Musalı

“Gəlinim bundan əvvəl də bir neçə dəfə – 29 yanvar və 15 fevral tarixlərində Natı həkim tərəfindən müayinə olunub. Həkim hər müayinədən sonra uşağın ana bətinində normal inkişaf etdiyni bildirib. Qeyd edilən tarixlərdə gəlnim Gülnurə həkim tərəfindən USM müayinəsi edilib. USM müayinəsindən sonra Natı həkim doğuşun 26 fevrala tarixi təyin olunduğunu, ancaq həmin gün Xocalı faciəsinin ildönümü olduğundan, həm də özünün Türkiyəyə gedəcəyi səbəbindən 24 fevraladək Aygünün doğum üçün gəlməsini deyib”, – Abdulqafur Qurbanov yazır.

Onun sözlərinə görə, fevralın 18-də Natı Musalı Aygün Qurbanovaya zəng edərək ona fevralın 19-u səhər 07.00-da “Baku Medical Plaza” klinikasına gəlməyi tapşırıb. “Həmin tarixdə Aygün klinakda olub və doğuş üçün qəbul edilib. Bundan sonra heç bir məlumat əldə edə bilməmişik” deyən şkayətçi əlavə edib ki, fevralın 19-da saat 16.00-da Aygün Qurbanova tibb müsəssisəsindən evlə əlaqə saxlayaraq ağrılarının dözülməz olması səbəbindən doğuşun qeysəriyyə əməliyyatı ilə həyata keçirilməsini və bu barədə həkimə bildirməyimizi xahiş edib:

“Biz dərhal Natı həkimlə əlaqə saxlayaraq qeysəriyyə əməliyyatı edilməsini xahiş etdik. O isə narahatçılığa heç bir əsas olmadığını, doğuşun təbii üsulla, öz vaxtında olacağını bildirdi.

Həmin gün saat 19:00-da Aygün yenidən tibb müəssisəsinin stasionar telefonu ilə əlaqə saxlayaraq ağrıların kəskin, dözülməz olduğu səbəbindən qeysəriyyə əməliyyatı edilməsinə təkid etdi. Biz yenə Natı həkimlə əlaqə saxlayaraq qeysəriyyə əməliyyatı edilməsini bir daha xahiş etdik. O isə bildirdi ki, əgər həmin əməliyyatı etsələr yenidən ödəniş etməli olacaqlar. Biz Aygünün sağlamlığı və övladının salamat olması üçün bütün zəruri ödənişləri ödəməyə hazır olduğumuzu bildirdik. Natı həkim isə 2 saat daha gözləməli olduğumuzu, əgər nəticə olmasa, Aygünü əməliyyata götürəcəyini bildirdi.

Həmin gün iki saat keçdikdən sonra dəfələrlə Natı həkimə telefonla zəng vurduq. Nəhayət, Natı həkim bizim onu telefon zəngləri ilə bezdirdiyimizi, özünün də körpə övladlarını evdə qoyub səhər tezdən burda olduğunu və bizdən daha çox narahat olduğunu, həmçinin özünün bu sahənin uzmanı olduğunu bildirərək narahat olmamağımızı, uşağın və ananın sağlamlığının tam yerində olacağını bildirdi.

Həmin gün saat 23:45-də isə Natı həkim bildirdi ki, Aygündə tromboliya var. Aygün əldən gedir, uşaqlığını götürmək üçün ərinin razılığı lazımdır. Biz isə nə zəruri müdaxilə lazımdırsa, etmələrini xahiş etdik.

20 fevral gecə saat 00:30-da isə Natı Musalı bildirdi ki, Aygün qıc olduğu üçün məcburi əməliyyata götürülüb, əməliyyat zamanı qanaxma da baş verib. Əlavə etdi ki, mən öz işimi yekunlaşdırmışam, qalanı mənlik deyil, reanimatorluqdur. Həmin gün saat 01:00-da reanimasiya həkimi bildirdi ki, Aygünün yaşama şansı 1%-dir. Səhər saat 09:30-da isə Aygünün ölümü barədə məlumat verdilər.

Qeyd etmək istərdim ki, biz həkim səhvinin qurbanı olmuşuq. Natı həkimin və digərlərinin səhlənkarlığı, səriştəsizliyi və ya ehtiyatsızlığı nəticəsində gəlinim ölüb”.

Şikayətçi hesab edir ki, gəlini həkim səhvinin qurbanı olub. Ona görə də Baş prokurordan faktla bağlı başlanmış cinayət işinin obyektiv araşdırılmasını və təqsirkar olan şəxslərin müəyyən edilməsini və qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş edir.

Əvvəlki yazı

“Rüşvəti Lalə Eyyubovaya vermişik” – başçı müavini dindiriləcək

Sonrakı yazı

İdarə rəisi işdən çıxarıldı (FOTO)

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.