06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının mərkəzində brend mağazalar bağlanır – FOTOLAR

19 Fevral 2019, 11:50
Cəmiyyət
A A
Bakının mərkəzində brend mağazalar bağlanır – FOTOLAR

Təmtəraqlı, lüks mallar düzülən vitrinlər boş qalıb

Bir neçə il öncə şəhərin mərkəzi küçələrini dünyanın müxtəlif  brendlərinin təmtəraqlı, işıqlı, vitrini göz oxşayan dükanları bəzəyirdi. İndi isə əsasən varlı təbəqənin müraciət etdiyi bu dükanların bir çoxunun yalnız  boş divarları qalır və üzərində “icarəyə verilir”, “for rent” sözləri yazılıb. Sonuncu – ingilis dilindəki ifadə çox güman ki, xarici investorların diqqətini çəkmək üçün qeyd edilib.  Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri boyunca onlarla bağlanan bahalı mağazalara rast gəldik. Əksər dükanların üzərinə telefon nömrələri qeyd edərək yeni sahibkar axtarışına başlanılıb. Bəzi mağazaların üzərindən keçmiş şirkətin loqosu hələ sökülməyib. Bağlanan mağazalar arasında həm geyim, həm bijuteriya, zərgərlik məhsulları,  həm də elektronika satılanlara rast gəlmək olar. 

Bəzi mağazaların üzərində isə “tezliklə bağlanırıq”, “bütün mallar maya dəyərindən ucuz qiymətə” kimi elanlar yazılıb.  Nə qədər endirim elanları yazılsa da, kasıb təbəqə bu dükanlardan nəinki alış-veriş etməyi, qiymət soruşmağı belə ağlına gətirmir. Əvvəlki imkanlı alıcılar da olmadığından bahalı mağazaların əksəriyyətinin boş qaldığını müşahidə etdik. Brend dükanların bağlanma səbəbi isə bir deyil, bir neçə istiqamətlidir. İcarə haqlarının hədsiz dərəcədə baha olduğu şəhərin mərkəzi nöqtələrində bu dükanların fəaliyyətini dayandırma səbəbləri həm alıcılığın azalması, həm də uzun illər boyu “qara mühasibatlığa” alışmış sahibkarların yeni, şəffaf  vergi-gömrük qaydaları ilə az qazanca qane olmaq istəməmələri ilə izah edilir.

Şəhərin mərkəzi küçəsində icarəyə verilən obyektlərin telefonlarına zəng edərək, icarə haqlarını öyrənməyə çalışdıq. Obyektlərdən birinin  aylıq 6 min manata icarəyə verildiyini, ərazisinin 280 kvadratmetr olduğunu öyrəndik. 80 kvadratmetrlik digər bir obyektin qiyməti isə 2500 manatdır.

Milli  Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu şirkətlərin xaricdən mal gətirməsi ilə bağlı müəyyən problemlərinin ola biləcəyinə diqqət çəkdi: “Brend mağazaların bağlanması ilə bağlı məlumatlar var.  Ola bilər ki, bu brend mağazalar əlaqəli olduğu xarici şirkətlərdən artıq mal gətirə bilmirlər.  Ola bilər müəyyən problemləri var. Açılan mağazaların da sayı çoxdur. Bu, normal bir tendensiyadır, biri bağlanır, yerində digəri açılır. Buna adi baxmaq lazımdır. İndi də brend mallara tələbat var. Bəzi insanlar var ki, məhz bu kateqoriyadan olan mallardan istifadə edirlər”.

İqtisadçı ekspert  Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında son illər əhalinin alıcılıq qabiliyyətinin azaldığını və bu səbəbdən bahalı brend mağazaların bağlandığını vurğuladı: “Təxminən 10 il öncəni yada salsaq, deyə bilərik ki, neft pullarının axın etdiyi dövrdə Azərbaycana lüks kateqoriyalı malların axını müşahidə olunmağa başladı. Bu pullar ədalətli və ya qeyri-ədalətli yollarla, hansısa formada bazara axırdı, eyni zamanda manatın məzənnəsi möhkəmlənirdi. Bu fonda brend mallar üçün bir bazar formalaşmışdı, alıcılıq var idi. Bu alıcılıq şirkətləri cəlb edirdi. Azərbaycanlı biznesmenlər də bu prosesi izləyərək o qənaətə gəlirdilər ki, brend məhsulların Azərbaycanda satışını təşkil etmək olar. Distribütorluqlar götürülürdü, yeni dükanlar açılırdı. Ancaq 2015-ci ildən sonra relyef dəyişdi, mərhələli şəkildə geriləmə gedir”.

İqtisadçının sözlərinə görə, artıq imkanlı insanlar da müəyyən qədər qənaətli rejimə keçiblər: “Çünki 2015-ci  ildə vəziyyət pisləşəndə, insanların müəyyən qədər yığımı var idi. Ancaq ötən 4 ildə bu vəsaitlər də əldən çıxdı, xərcləndi. Müəyyən kateqoriya insanlar var idi ki, onlar lüks kateqoriyalı məhsullar istehlak edirdilər. Artıq həmin insanlar bu yığımlarını da tükədiblər, müəyyən qədər qənaətli xərcləmələr edirlər. O baxımdan alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Bu mağazaların əksəriyyəti elə ərazilərdə yerləşir ki, orada icarə haqları çox bahadır. Həmin müəssisələr indiki dövrdə cəlbediciliyini və biznes effektivliyini itirib, mərhələli şəkildə Azərbaycan bazarını tərk edirlər. Əgər biz ümumi rəy vermiş olsaq deyə bilərik ki, ölkədə alıcılıq zəifləyib, o səbəbdən bu şirkətlər ölkədən çıxırlar”.

Qeyd edək ki, son 3 ildə  dolların bahalaşmasından sonra bütün məhsullar, o cümlədən brend məhsullar da bahalaşmış oldu. Bundan əlavə, lüks mallara tətbiq olunan vergilərin artırılması, həmçinin gömrük sistemində şəffaflığın təmin olunmasından sonra bütün məhsulların gömrük rüsumuna cəlb edilməsi brend  malların da  qiymətinin bir neçə dəfə artmasına gətirib çıxartdı. Digər tərəfdən, son günlər brend mağazadakı malların saxta olub-olmaması məsələsi də gündəmdədir. Bu mənada əhalinin imkanlı təbəqəsi son illərdə daha çox xarici ölkələrdə şopinq etməyə üstünlük verir. Nəticədə daxili bazarda alıcılıq azalır və yüksək icarə haqları fonunda fəaliyyət göstərməyin səmərəsiz olduğunu görən iş adamları mağazaları bağlamaq məcburiyyətində qalırlar.

Nərgiz LİFTİYEVA,
Fotolar müəllifindir

Əvvəlki yazı

Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı – erməni Harnik Vardanyan (VİDEO)

Sonrakı yazı

Eldar Əzizov əvvəl şiddətli töhmət verdi, sonra işdən çıxardı –Vaqif Novruzov vəzifədən getdi

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.