06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının mərkəzində brend mağazalar bağlanır – FOTOLAR

19 Fevral 2019, 11:50
Cəmiyyət
A A
Bakının mərkəzində brend mağazalar bağlanır – FOTOLAR

Təmtəraqlı, lüks mallar düzülən vitrinlər boş qalıb

Bir neçə il öncə şəhərin mərkəzi küçələrini dünyanın müxtəlif  brendlərinin təmtəraqlı, işıqlı, vitrini göz oxşayan dükanları bəzəyirdi. İndi isə əsasən varlı təbəqənin müraciət etdiyi bu dükanların bir çoxunun yalnız  boş divarları qalır və üzərində “icarəyə verilir”, “for rent” sözləri yazılıb. Sonuncu – ingilis dilindəki ifadə çox güman ki, xarici investorların diqqətini çəkmək üçün qeyd edilib.  Paytaxtın Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva küçələri boyunca onlarla bağlanan bahalı mağazalara rast gəldik. Əksər dükanların üzərinə telefon nömrələri qeyd edərək yeni sahibkar axtarışına başlanılıb. Bəzi mağazaların üzərindən keçmiş şirkətin loqosu hələ sökülməyib. Bağlanan mağazalar arasında həm geyim, həm bijuteriya, zərgərlik məhsulları,  həm də elektronika satılanlara rast gəlmək olar. 

Bəzi mağazaların üzərində isə “tezliklə bağlanırıq”, “bütün mallar maya dəyərindən ucuz qiymətə” kimi elanlar yazılıb.  Nə qədər endirim elanları yazılsa da, kasıb təbəqə bu dükanlardan nəinki alış-veriş etməyi, qiymət soruşmağı belə ağlına gətirmir. Əvvəlki imkanlı alıcılar da olmadığından bahalı mağazaların əksəriyyətinin boş qaldığını müşahidə etdik. Brend dükanların bağlanma səbəbi isə bir deyil, bir neçə istiqamətlidir. İcarə haqlarının hədsiz dərəcədə baha olduğu şəhərin mərkəzi nöqtələrində bu dükanların fəaliyyətini dayandırma səbəbləri həm alıcılığın azalması, həm də uzun illər boyu “qara mühasibatlığa” alışmış sahibkarların yeni, şəffaf  vergi-gömrük qaydaları ilə az qazanca qane olmaq istəməmələri ilə izah edilir.

Şəhərin mərkəzi küçəsində icarəyə verilən obyektlərin telefonlarına zəng edərək, icarə haqlarını öyrənməyə çalışdıq. Obyektlərdən birinin  aylıq 6 min manata icarəyə verildiyini, ərazisinin 280 kvadratmetr olduğunu öyrəndik. 80 kvadratmetrlik digər bir obyektin qiyməti isə 2500 manatdır.

Milli  Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu şirkətlərin xaricdən mal gətirməsi ilə bağlı müəyyən problemlərinin ola biləcəyinə diqqət çəkdi: “Brend mağazaların bağlanması ilə bağlı məlumatlar var.  Ola bilər ki, bu brend mağazalar əlaqəli olduğu xarici şirkətlərdən artıq mal gətirə bilmirlər.  Ola bilər müəyyən problemləri var. Açılan mağazaların da sayı çoxdur. Bu, normal bir tendensiyadır, biri bağlanır, yerində digəri açılır. Buna adi baxmaq lazımdır. İndi də brend mallara tələbat var. Bəzi insanlar var ki, məhz bu kateqoriyadan olan mallardan istifadə edirlər”.

İqtisadçı ekspert  Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında son illər əhalinin alıcılıq qabiliyyətinin azaldığını və bu səbəbdən bahalı brend mağazaların bağlandığını vurğuladı: “Təxminən 10 il öncəni yada salsaq, deyə bilərik ki, neft pullarının axın etdiyi dövrdə Azərbaycana lüks kateqoriyalı malların axını müşahidə olunmağa başladı. Bu pullar ədalətli və ya qeyri-ədalətli yollarla, hansısa formada bazara axırdı, eyni zamanda manatın məzənnəsi möhkəmlənirdi. Bu fonda brend mallar üçün bir bazar formalaşmışdı, alıcılıq var idi. Bu alıcılıq şirkətləri cəlb edirdi. Azərbaycanlı biznesmenlər də bu prosesi izləyərək o qənaətə gəlirdilər ki, brend məhsulların Azərbaycanda satışını təşkil etmək olar. Distribütorluqlar götürülürdü, yeni dükanlar açılırdı. Ancaq 2015-ci ildən sonra relyef dəyişdi, mərhələli şəkildə geriləmə gedir”.

İqtisadçının sözlərinə görə, artıq imkanlı insanlar da müəyyən qədər qənaətli rejimə keçiblər: “Çünki 2015-ci  ildə vəziyyət pisləşəndə, insanların müəyyən qədər yığımı var idi. Ancaq ötən 4 ildə bu vəsaitlər də əldən çıxdı, xərcləndi. Müəyyən kateqoriya insanlar var idi ki, onlar lüks kateqoriyalı məhsullar istehlak edirdilər. Artıq həmin insanlar bu yığımlarını da tükədiblər, müəyyən qədər qənaətli xərcləmələr edirlər. O baxımdan alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Bu mağazaların əksəriyyəti elə ərazilərdə yerləşir ki, orada icarə haqları çox bahadır. Həmin müəssisələr indiki dövrdə cəlbediciliyini və biznes effektivliyini itirib, mərhələli şəkildə Azərbaycan bazarını tərk edirlər. Əgər biz ümumi rəy vermiş olsaq deyə bilərik ki, ölkədə alıcılıq zəifləyib, o səbəbdən bu şirkətlər ölkədən çıxırlar”.

Qeyd edək ki, son 3 ildə  dolların bahalaşmasından sonra bütün məhsullar, o cümlədən brend məhsullar da bahalaşmış oldu. Bundan əlavə, lüks mallara tətbiq olunan vergilərin artırılması, həmçinin gömrük sistemində şəffaflığın təmin olunmasından sonra bütün məhsulların gömrük rüsumuna cəlb edilməsi brend  malların da  qiymətinin bir neçə dəfə artmasına gətirib çıxartdı. Digər tərəfdən, son günlər brend mağazadakı malların saxta olub-olmaması məsələsi də gündəmdədir. Bu mənada əhalinin imkanlı təbəqəsi son illərdə daha çox xarici ölkələrdə şopinq etməyə üstünlük verir. Nəticədə daxili bazarda alıcılıq azalır və yüksək icarə haqları fonunda fəaliyyət göstərməyin səmərəsiz olduğunu görən iş adamları mağazaları bağlamaq məcburiyyətində qalırlar.

Nərgiz LİFTİYEVA,
Fotolar müəllifindir

Əvvəlki yazı

Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı – erməni Harnik Vardanyan (VİDEO)

Sonrakı yazı

Eldar Əzizov əvvəl şiddətli töhmət verdi, sonra işdən çıxardı –Vaqif Novruzov vəzifədən getdi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.