Bu gün Bakının bəzi küçə və prospektlərində xüsusi sıxlıq müşahidə edilir.
Reportyor.info xəbər verir ki, səhər saatlarından başlayaraq, Qara Qarayev və Ziya Bünyadov, Heydər Əliyev, Mətbuat prospektlərində, Bakının şimal girişi, Şamaxı yolu ərazisində ənənəvi günlərdən fərqli olaraq, daha ciddi sıxlıq və tıxaclar yaşanır.
Səhər yaşanan sıxlığa havanın yağmurlu olmasının da təsir etdiyi istisna edilmir.