12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakının ən kriminal bölgəsi – Maraqlı statistika

10 Noyabr 2019, 23:33
Manşet
A A
Bakının ən kriminal bölgəsi – Maraqlı statistika
“Bakının rayonlarında kriminal hadisələr əhali sayına görə dəyişir”.
Bu sözləri lent.az-a keçmiş polis rəisi Mahmud Hacıyev deyib. Paytaxt Bakının 12 rayonu var və bu rayonlar da əhali sayına, ərazisinə görə bir-birindən fərqlənir. Təbii ki, əhali sayının çox olması hərəkətliliyin və fəaliyyətin də aktiv olmasına gətirib çıxaran başlıca amildir. Bəs görək, paytaxtımızın hansı hissəsi kriminal hadisələrin daha çox olması ilə seçilir?
Mahmud Hacıyev deyir ki, bu mövzuda konkret hansısa bölgənin adını çəkmək çətindir:
“Əhali harada daha çox sıx yaşayırsa kriminal hadisələr orada çox baş verir. Bakının rayonları arasında bu müqayisəni aparmaq çətindir. Çünki rayonların birinin əhalisi azdır, birinin çox. Birində əhali sıxlığı çox olsa da, iş yerləri, obyektlər azdır. Rayonun birində 50 ədəd hündürmərtəbəli bina var, birində 9 ədəd. Bütün bunlar statistik göstəriciyə təsir edir. Bundan əlavə, Bakının elə bölgəsi var ki, yarımsəhradır, insan sıxlığı çox aşağıdır. Məsələn, Qaradağ rayonu ilə Nəsimi, Xətai rayonunu necə müqayisə etmək olar? Bu müqayisə düzgün olmazdı”.
Mövzu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev Lent.az -a danışarkən paytaxtda ictimai təhlükəsizliyin yüksək səviyyədə qorunmasından söz açıb:
“Paytaxtda bütövlükdə götürəndə ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün polis tərəfindən yüksək səviyyədə xidmət təşkil olunur. Kriminal durumun hansısa rayon ərazisində daha çox baş verdiyini demək düzgün deyil. Bakıda kriminal durum sabitdir. Bu sabitliyi qorumaq üçün Bakı polisi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”.
Qeyd edək ki, Bakı MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır. Bakıda rəsmi qeydiyyatda olan 3 milyona yaxın adam yaşayır. Rayonlardan gəlib burada işləyənləri də əlavə etsək, bu rəqəm xeyli yüksəlir. Buna görə də ölkə ərazisində il ərzində baş verən kriminal hadisələrin təxminən yarıya qədəri paytaxt Bakının payına düşür. 2019-cu ilin iyul ayına qədər olan göstəricilərə əsasən, Binəqədi rayonunda 266,6 min, Xətai rayonunda – 287,4 min, Yasamal – 248,1 min, Sabunçu – 245,4 min, Nəsimi – 221, 6 min, Suraxanı – 220,3 min, Nizami – 200,6 min, Nərimanov – 178,8 min, Xəzər – 167,1 min, Qaradağ – 126,2 min, Səbail – 102,1 min və Pirallahı rayonunda – 20,5 min nəfər rəsmi qeydiyyata alınıb. Ancaq Xətai rayonunda əhali sayı daha çox olmasına baxmayaraq, şəhərin ən kriminal rayonu Binəqədi rayonu hesab olunur. Bunu da bəzi ekspertlər rayon ərazisində kirayə evlərin ucuz olması və bu səbəbdən də ora xeyli insanın toplaşması ilə əlaqələndirirlər.
Əvvəlki yazı

Ermənilər Azərbaycan sərhədindən 300 metr məsafədə yeni aeroport tikir (VİDEO)

Sonrakı yazı

Sergey Lavrov İrəvana rəsmi səfər edib –Səbəb

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.