Bakıda yataqxanada yanğın olub, xəsarət alan var

6 Mart 2019 - 09:23
199 oxunma
Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.
“Report”un  verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda, Malik Məmmədov 12 ünvanında, 23:30 radələrində yataqxana binasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası, habelə təcili yardım maşınları cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, yanğına səbəb binanın elektik xətlərindəki qısaqapanma olub.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"