Bakıda “UNİKLİNİKA”da ölüm hadisəsi: Yeniyetmə burun əməliyyatı zamanı…

14 Avqust 2019 - 17:25
485 oxunma

Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb.

Reportyor.info xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər.

Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən “Uniklinika””da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb.

Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır.

Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.

Xatırladaq ki, 2018-ci ilin martında “StarMed” klinikasında burun əməliyyatı zamanı Azərbaycan Maliyyə-İqtisad Kollecinin 18 yaşlı tələbəsi Mürsəlova Leyla Namiq qızı ölmüşdü.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"