Bakıda polis əməkdaşları dəm qazından boğulan bir ailəni xilas etdi –Təfərrüat + FOTO

4 Dekabr 2018 - 13:40
69 oxunma

Dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi ev 16 mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

DİN-dən Reportyor.info-ya  verilən məılumata görə, dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər:

“Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayselin halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər.

Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.  

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına  heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər. Toğrul Hidayətzadə onun və həyat yoldaşının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına öz təşəkkürünü bildirib”.   

Məlumatda qeyd olunub ki, dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi diplomla təltif edilib

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"