Binəqədi rayonunda yeniyetmə avtomobil qaçırıb.
DİN-dən Reportyor.info-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.