Bakıda məşhur supermarketdə “Çin yumurtası” satılır – VİDEO

12 İyul 2019 - 00:19
239 oxunma

Bakıda növbəti dəfə “çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub.

Bakupost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən “Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb.

Yumurtanı qaynadıb yemək istədikdə isə əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb.

“Araz” supermarketindən Bakupost.az-a bildirilib ki, həqiqətən də 28 İyun-4 İyul tarixində mağazalar şəbəkəsində endirim kampaniyası çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta satılıb. Lakin onlar Çindən yumurta idxal etmirlər və məhsulları yerli bazara aiddir.

Qeyd edək ki, saxta yumurtaların satılması faktına ölkəmizdə bir neçə dəfə rast gəlinib. Bu yumurtaların qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafını azalda bilər.

Saxta yumurtaların necə hazırlanması ilə bağlı videonu təqdim edirik:

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"