Azərbaycan gömrüyündə daha bir biabırçılıq – Fotolar

12 İyul 2019 - 02:01
830 oxunma

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Nəriman Nərimanovun yeganə varisi Əliababa Nərimanov Vətənə gəlib.

Nəriman Nərimanovun qardaşı oğlu olan 88 yaşlı Əlibaba Nərimanov Azərbaycan ərazisinə daxil olarkən “Sınıq Körpü” gömrük postunda problem yaşayıb.

Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları Şimali Osetiya vətəndaşı olan Əlibaba Nərimanova məxsus “VAZ 2106” markalı avtomobil üçün nəzərdə tutulan gömrük rüsumunun əvəzinə ondan “Mercedes-Benz” markalı avtomobil üçün nəzərdə tutulan 4800 rus rublu (təqribən 125 manat) pul alıblar.

Həmçinin, ona məxsus olan “VAZ 2106” markalı avtomobil “Mercedes-Benz” markası kimi sənədləşdirilib.

Daha sonra Əlibaba Nərimanov Yevlax şəhərinə yola düşüb.

Qeyd edək ki, Nəriman Nərimanovun qardaşı Təhməz Nərimanovun oğlu olan Əlilababa Nərimanov 1933-cü ildə Saatlı rayonunda anadan olub. O, SSRİ Təhlükəsizlik Xidmətinin ehtiyyatda olan əməkdaşıdır.

Demokrat.az

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"