• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Bazar, 28 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Sosial

Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı

2018-12-12
in Sosial
0
Bakıda keçmiş icra başçısının şirkəti binanı söküb “aradan çıxdı”, cinayət işi qaldırıldı
0
Paylaşılıb
4
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Nazirlər Kabinetinin pilot layihələri çərçivəsində Xətai rayonu, Mehdi Mehdizadə küçəsində yerləşən 2 nömrəli arxitekturalı bina ötən ilin yayında sökülüb. Binada yerləşən46 mənzilin sakinləri  “İnsaat Konstruksiyalari MMC” ilə alqı-satqı müqavilələri bağlayaraq evlərini tərk ediblər və  kirayə mənzillərə köçürülüblər.

Bənzər Yazılar

Daha bir məktəb koronavirusa görə bağlandı

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

Sakinlərə bildirilib ki, onların mənzillərinin yerində “pilot layihə” çərçivəsində yeni 18 mərtəbəli yaşayış binası inşa ediləcək və onlara da həmin binada mənzillər veriləcək.

 

Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq həmin ünvanda bina tikintisi həyata keçirilməyib.

 

 

Sakinlərin virtualaz.org-a bildirdiklərinə görə, ötən il  onlara şirkətin nümayəndəsi qismində Rəsul Əhmədov onlara müraciət edərək iki il müddətinə binanı hazır edərək sakinləri ora köçürəcəklərini deyib.  Lakin evlərin sökülməsindən xeyli vaxt keçsə də, həmin ərazidə bina tikilməyib. Bundan narahat olan sakinlər ötən il Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək binada tikinti işlərinin nə vaxt başlanacağı ilə maraqlanıblar. Sakinlər deyiblər ki,  həmin vaxt  bina demək olar ki, sökülmüşdü, yalnız fasadı qalmışdı. Amma yeni binanın heç özülü də qazılmamışdı, ərazi inşaat materiallarının tullantılarının qalaqlandığı zibilliyə çevrilmişdi.

“İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rəsul Əhmədov bu dəfə sakinlərə tikinti ilə bağlı sənədlərdə gecikmə olduğunu etiraf edib. Bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni rəhbərliyindən tikinti icazəsini almayıblar: “Hər şey hazırdır, bu gün-sabah məsələ həll olunacaq və sürətlə tikintiyə başlayacağıq” .

Lakin narazı sakinlər bu dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə şikayət edib. Məlum olub ki, Mehdizadə küçəsindəki 2 nömrəli binanın yerində pilot layihə həyata keçirilməyəcək. Komitəsinin sədri Samir Nuriyev Xətai İH-nin nümayəndələrini  çağıraraq sakinlərin yanında onlara tapşırıb ki, tikinti şirkətinin nümayəndələrininəhalini aldatmalarına imkan verməsinlər. Çünki onların evlərinin yerində çoxmərtəbəli binanın tikintisi mümkün deyil.

Bakı Şəhər İcra Hakimiyyətindən isə əhaliyə bildirilib ki, hökumət paytaxtda 12 mərtəbədən yüksək binanın tikilməsi qadağan edib. Nəticədə onların binasının yerində 18 mərtəbəli bina tikilməyəcək, sakinləri köçürən şirkətə isə 12 mərtəbəli bina tikmək sərf eləmir.

Araşdırma zamanı məlum olub ki, həmin tikinti şirkəti Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevə məxsusdur.

Nəhayət bu günlərdə İcra Hakimiyyətindən sakinlərə etiraf ediblər ki, onların yaşadıqları binanın sökülməsi “səhv” olub və binanı bərpa edəcəklər. Lakin binanı kim bərpa edəcək, bu müddətdə evsiz sakinlərə kirayə pulunu kim ödəyəcək? Bütün bu suallar açıq qalır. Və sakinlər bildirir ki, “İnşaat Konstuksiyaları” MMC-nin səlahiyyətli şəxslərinə artıq zəng çatmır, onlar “aradan çıxıblar”.

Qalmaqalla bağlı bu gün Baş prokurorluq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də birgə məlumatla çıxış edib.

Məlumatda deyilir ki,  Bakı şəhəri, M.Mehdizadə küçəsi 2-4 saylı ünvanda yaşamış vətəndaşların kollektiv müraciəti əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılmış araşdırma nəticəsində “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müddəaları pozulmaqla sözügedən ünvanda mövcud olan yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülmə işlərinin təşkili layihəsi hazırlanmadan və sökülmə işlərinin aparılmasına dair icazə alınmadan 46 sayda mənzil və 3 qeyri-yaşayış obyektinin söküldüyü müəyyən edilib. Və bu barədə toplanmış materiallar aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Aparılmış araşdırmalarla “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxslərinin qeyd edilən qanunsuz hərəkətlərlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə və özbaşına tikinti işləri aparmalarına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (özbaşına tikinti işləri aparma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti və ya söküntü işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ən ciddi tədbirlər görüləcək»-məlumatda belə deyilir.

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Bakıda metroda dava – Saxlanılanlar var

Sonrakı yazı

Ceyhun Cəfərovun tender korrupsiyası Kürdəmiri cənginə alıb - Şok rəqəmlər/siyahı

Sonrakı yazı
Ceyhun Cəfərovun tender korrupsiyası Kürdəmiri cənginə alıb – Şok rəqəmlər/siyahı

Ceyhun Cəfərovun tender korrupsiyası Kürdəmiri cənginə alıb - Şok rəqəmlər/siyahı

Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək istəyir –Bakı “Rosatom”-dan verilən təklifi dəyərləndirir

Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək istəyir –Bakı “Rosatom”-dan verilən təklifi dəyərləndirir

Azərbaycanlı iş adamı Fizuli Məmmədov:”Yüz şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram!”

Azərbaycanlı iş adamı Fizuli Məmmədov:"Yüz şəhid ailəsinin hər birinə 11 min manat ödəməyə hazıram!"

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyırmış… – Video

2021-02-27
Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

2021-02-27
Saatlı sakini səhvən özünü öldürdü

Saatlı sakini səhvən özünü öldürdü

2021-02-27
Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

2021-02-27
Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

2021-02-27
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

Qarabağa böyük qayıdış: İşçi Qrup yaradıldı – SİYAHI

2021-02-27
Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

Türkan Pərviz Bülbülənin ailəsini dağıdıb?

2021-02-27
“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

“Milan” Çalhanoğlu ilə müqaviləni uzadır

2021-02-27
Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

Bayden Səudiyyə kralını hədələdi – Gərginlik

2021-02-27
Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

Ayvazyan: Bakı ilə dialoqdan imtina etmirik

2021-02-27
Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

Paşinyanı generalitet əvəzləsə… – Bakıdan sərt xəbərdarlıq

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

İlham Əliyev daha bir rekordu qırdı – Türkiyə mediası

2021-02-27
Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

Bakıda tramvaylar fəaliyyətə başlayacaq – BNA

2021-02-27
Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

Röya Türkiyədə müalicə olunan qazilərimizi ziyarət etdi – Fotolar

2021-02-27
Əfəndilər kəndindən görüntülər – Video

Əfəndilər kəndindən görüntülər – Video

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27

Seçmə

  • Bütün
  • SEÇMƏ
“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)
SEÇMƏ

“Azərlotereya”nın idarəetməsi türk şirkətinə verildi (FOTOLAR)

2021-02-27
Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham
SEÇMƏ

Yasamalın icra başçısının adı torpaq skandalında – İttiham

2021-02-27
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)
SEÇMƏ

Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri (FAKTLAR)

2021-02-27
Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu
SEÇMƏ

Qarabağda tikiləcək yeni aeroportların yeri bəlli oldu

2021-02-26
“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist
SEÇMƏ

“Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır” – İtaliyalı jurnalist

2021-02-26
Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı
Manşet

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

2021-02-25
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Daha bir məktəb koronavirusa görə bağlandı

Daha bir məktəb koronavirusa görə bağlandı

2021-02-27
Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

Haaqada Xocalı abidəsi ucaldıldı – FOTO

2021-02-27
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.