15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakıda İnstitutunun direktor müavini ilə bağlı 1 milyonluq dava – ”Kislotanı mənə verdi ki, apar, o qadının üzünə at…”

15 May 2018, 13:50
Uncategorized
A A
Bakıda İnstitutunun direktor müavini ilə bağlı 1 milyonluq dava – ”Kislotanı mənə verdi ki, apar, o qadının üzünə at…”
“Qızı Gülşən mənə 20 min pul verdi ki, “apar kislotanı, ərimin gəzdiyi qadının üzünə at”. Getdim, onu gördüm, edə bilmədim. Gəldim, özünə də dedim ki, al bu pulu, mən eləyə bilmərəm. Pulu atdı yerə. Götürdüm, dedim: “Hara qoyum?” Dedi ki, mənə lazım deyil. Dedim, sənə lazım deyil, mənə lazımdır, götürdüm. Özü də gördü, bildi…”, – bunları məhkəmədə deyən 36 yaşlı Xanım Zeynalovadır.
O, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın evindən 536 min dollar nəğd pul və 143 min 400 manat dəyərində qızıl-zinət əşyaları (brilyant sərğa-üzük dəstləri, qızıl onluqlar, beşliklər, “Rolex” markalı və digər saatlar və s.) oğurlamaqda ittiham edilərək həbs olunub. Ümumilikdə təxminən 1 milyon 50 min manatlıq oğurluqda təqsirləndirilən Xanım Zeynalova ittihamı qəbul etmir. O, Aybəniz Əliyevanın evində təxminən dörd il xidmətçi işləyib və 2014-cü ilin dekabrında çıxıb.
Gülşən Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru

• Bakıda direktor müavininin evindən 1 milyon manat pul oğurlanlıb – ”Evimdə qulluqçu işləyə-işləyə…”

Xanım Zeynalovanın sözlərinə görə, Aybəniz Əliyeva onu şərləyir: “Mən heç nə oğurlamamışam, öz əməllərini ört-basdır etməkdən ötrü mənim boynuma yıxırlar hər şeyi. Qızı Gülşən gəlib anasının seyfindən paçka-paçka pulları aparırdı. Arabir mənə də üzükdən-puldan verirdi ki, anasına deməyim. Anası özü də yaxşı bilir ki, pullar, qızıllar hara gedib. Bunlar polisə birinci dəfə mən oradan çıxandan 10 ay sonra şikayət ediblər. O vaxta qədər niyə xəbər tutmamışdılar ki, bu qədər pul-qızıl yoxdur? Deməli, yalan deyirlər, şərləyirlər”.
Aybəniz Zeynalova.
Təqsirləndirilən şəxsin bildirdiyinə görə, Aybəniz Əliyevanın evinə çoxlu adamlar gəlib-gedirmiş: “Onlardan biri də Nəsimi rayonunun prokuroru idi. Mənim həbsimə sanksiya veriləndə prokurorun özünə də dedim”.
Xanım Zeynalova Aybəniz Əliyevanın özünü dövlətin pulunu mənimsəməkdə ittiham edir: “Adamdan bir soruşan yoxdur ki, yaxşı, o qədər pul, qızıl səndə hardandır. Onun evində bilirsiz nə qədər kartlar vardı? Adı instituta işçi kimi yazılıb, maaşları bunlar alır. Hər ay mən gedib çıxarıb gətirirdim pulları. Bilirsiniz, bu, qızları Gülşən və Günelə şəhərin mərkəzində nə qədər bahalı evlər alıb? Nəvəsinə neçə bahalı maşınlar alıb? Hardandı bu pullar? İndi öz əməllərini ört-basdır eləmək üçün məni şərləyirlər”.
Əlyazmalar İnstitutu.
Təqsirləndirilən Xanım Zeynalova həbsinə görə həm də Aybəniz Əliyevanın bacısı oğlu Gülmar Abbasovu ittiham edir: “Bütün işlərin başında o dayanır”. Gülmar Abbasovun Ali Məhkəmənin icra şöbəsinin rəhbəri olduğu bildirilir. Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş tərəf təqsirləndirilən şəxslə barışıq sazişi imzalayıb. Məhkəməyə notariat kontorundan nümayəndə gətirilib və o, barışığı qeydə alıb. Razılaşmaya əsasən, Xanım Zeynalovanın evləri zərərçəkmişə verilir, o da şikayətindən imtina edir.
Əvvəlki yazı

Heydər Əsədovun milyonluq villaları üzə çıxdı – FOTOLAR

Sonrakı yazı

“Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?” – Aqiyə Naxçıvanlı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.