Bakıda iki avtomobil toqquşub, nəqliyyatın hərəkətində problem yaranıb – FOTO

15 Avqust 2019 - 21:09
305 oxunma

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Reportyor.info xəbər verir ki, rayonun Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Prospektlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü “dayan” nişanının tələblərini pozaraq yüksək sürətlə qarşıdakı “Toyota PRADO” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yolayırıcı beton pilitəyə çırpılıb. Hadisə nəticəsində BMW-nin mühərrik yağı yola dağılıb və bu səbəbdən prospektdə nəqliyyatın hərəkətində problem yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları yolun dərhal təmizlənməsi istiqamətində aidiyyəti orqanları məlumatlandırıb.

1 / 7

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"