Bakıda dəhşətli qətl: çay evində çaydanla döyülüb öldü

18 Oktyabr 2019 - 09:27
65 oxunma

Bakıda çay evində qətl hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən “Vimay” klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Daha sonra C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.

S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"