Paytaxtın Səbail rayonu, Bibiheybət qəsəbəsində neft mədəninin ərazisinin zəbt olunması ilə bağlı mətbuatda yayılan iddialar nəzarətə götürülüb.
Bu barədə Reportyor.info-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin ünvanda ərazinin zəbt olunması ilə bağlı iddiallar əsassızdır, təsdiqini tapmayıb:
“Buna baxmayaraq, fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, fakta hüquqi qiymət veriləcəkdir”.