Bakıda 7-ci sinif şagirdi nədən öldü? – Müəmma

7 Noyabr 2019 - 16:27
73 oxunma

Bakıda məktəbli qız müəmmalı şəkildə vəfat edib.

Publika.az xəbər verir ki, Sabunçu rayonu Elxan Misirxanov adına 71 №-li tam orta məktəbin 7 d sinif şagirdi Cəlilova Nuriyyə İlham qızının yaşadığı mənzildə meyiti tapılıb. Onun hansı səbəbdən vəfat etdiyi bəlli olmayıb.

71 saylı məktəbdə şagirdin ölümü ilə bağlı tədbir keçirilib. Məktəbin yaydığı məlumatda deyilir: Məktəbimizin mehriban, sevimli şagirdlərindən biri Nuriyyə Cəlilova vaxtsız dünyasını dəyişib. Nuriyyə sinfin ən nümunəvi, eyni zamanda ən savadlı şagirdlərindən biri idi. O həm müəllimləri, həm də sinif yoldaşları tərəfindən çox sevilirdi…

Məktəb rəhbərliyi, müəllim kollektivi, məktəbin şagirdləri, sinif yoldaşları Nuriyyə Cəlilovayla vidalaşdılar.

Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bütün məktəb kollektivi adından Nuriyyənin valideynlərinə səbir diləyirik”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"