Bakı-Sabunçu qatarlarının hərəkəti dayandırıldı
19 Noyabr 2019 - 09:17
53 oxunma
Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılıb.
Azərbaycan Dəmir Yolları QSC-dən Reportyor.info-ya verilən məlumata görə, noyabrın 19-da səhər saatlarından 16:30-dək Bakı-Sabunçu, Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının hərəkəti texniki səbəblərə görə dayandırılacaq.
“Sərnişinlərdən alternativ ictimai nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur”, – deyə QSC-dən bildirilib.
Sosial şəbəkədə paylaş
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com