Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib – FOTO

5 Dekabr 2018 - 09:59
31 oxunma

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib.

BŞİH mətbuat xidmətindən verilən məlumata görə, müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Onlar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunmuşlar. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.
Elgin Həbibullayev öz çıxışında həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keşirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin atrırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxundu, bildirdi ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulmuşdur. Şəhərimizdəki bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

DSC_5381

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində vəziyyət və mövcud problemlərin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva, bir sıra uçaq bağçalarının rəhbərləri çıxış edərək görülən işlərdən danışmış, problemlərlərin həlli ilə bağlı təkliflərini vermişlər.

Seminarda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən video film nümayiş etdirilmiş, toplantı iştirakşılarının sualları cavablandırılmış, onlara Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış məktəbəqədər təhsil müəssisələrinin pedaqoji əməkdaşları üçün metodiki təlimat və tövsiyələr paylanmışdır.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491,
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"