07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bakı məktəbində seks və şantaj: direktor və iki müəllim işdən çıxarıldı

28 Aprel 2018, 18:27
Sosial
A A
Bakı məktəbində seks və şantaj: direktor və iki müəllim işdən çıxarıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsi Hövsan qəsəbəsində yerləşən 281 saylı tam orta məktəbdə iki müəllimin və direktorun işdən azad edilməsi barədə rəsmi məlumat yayıb. Virtualaz.org xəbər verir ki, məlumata əsasən məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bəs həmn məktəbdə müəllimlərin etik davranış qaydalarına ziddi nə baş verib? Müəllimlər və direktor rüşvət alıblar, ya  şagirdlərdən pul yığıblar?

Belə məlum olur ki, baş verənlər daha biabırçı və rüsvayçıdır. Azərbaycan məktəbi növbəti dəfə seks qalmaqalının mövzusuna çevrilib. Belə ki, bir neçə gün əvvəl saytlardan birində həmin məktəbdə müəllimlərdən birinin qadın alveri ilə məşğul olması, sevgilisi ilə əlbir olaraq digər müəllimin seks görüntülərini çəkməsi və onu şantaj edərək dəfələrlə pulunu alması barədə xəbər dərc edilmişdi.

Məlumatda deyilirdi ki, 281 saylı orta məktəbdə işləyən müəllim S.H. qadın alverində və şantajda ittiham olunur. Belə ki, S.H. həmin məktəbdə riyaziyyat müəllimi kimi çalışan qadın X.R.-nın müxtəlif şəxslərlə cinsi əlaqədə olduğu zaman video görüntülərini çəkib.Daha sonra S.H. sevgilisi olan Zalovla (Zalovun da 2005-ci ildə həmin məktəbin məzunu olduğu iddia olunur-red.) əlbir olub X.R.-nı intim video görüntüləri ilə şantaj edərək pul tələb ediblər. İddia olunur ki, Zalovla S.H. X.R.-dan müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə pul alıblar. Nəhayət X.R. tələb olunan pulunu verməyə imkanı çatmayıb və hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat verib. Nəticədə Zalovun həbs olunduğu deyilir. S.H.-nın isə 3 gün polis bölməsində saxlanıldıqdan sonra evə buraxıldığı iddia olunur.

Bu rüsvayçı hadisədən sonra məktəbin direktoru Gülşən Əliyeva tərəfindən həmin müəllimlər barəsində heç bir tədbir görülməyib. Bunun da səbəbi kimi direktorla S.H. arasında möhkəm dostluq əlaqələrinin olması göstərilir. Valideynlər belə müəllimlərin övladlarına dərs keçməsindən olduqca narahatdırlar.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin apardığı yoxlama isə məktəbin müəllimləri arasında belə rüsvayçı əməllərin baş verdiyini təsdiqləyib. Nəticədə onları cəzalandırıblar.

“Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır”, – İdarə bildirir.

Lakin Bakı şəhəri üzrə Təhsil İdarəsi bir-birinin ardınca məktəblərin adının bu cür rüsvayçı qalmaqallarda hallanmasına görə məsuliyyətdən yaxasını asanlıqla kənara çəkə bilərmi? Axı belə hadisələrin baş verməsi təsdiq edir ki, məktəbdə deqradasiya hansı səviyyəyə gəlib çatıb. İdarə məktəblərdə baş verənlər haqda ancaq mətbuatda qalmaqal qopandan sonra tədbir görməlidir, yaxud bacardıqca belə biabçırçılıqları ört-basdır etməlidir?

Əvvəlki yazı

”Belə cılız kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirilməyəcək”…

Sonrakı yazı

Milli Onkologiya Mərkəzində qəbul

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.