06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bahalaşma yaradan “gizli əl”: Deputat Azər Badamov bu əli niyə görmür?

26 Fevral 2019, 23:24
Gündəm
A A
Bahalaşma yaradan “gizli əl”: Deputat Azər Badamov bu əli niyə görmür?

Millət vəkili Azər Badamov qəribə açıqlama ilə gündəmə gəlib.

Deputat bildirib ki,ölkədə qiymət artımı yoxdur:

“Son vaxtlar sosial şəbəkələrdə və saytlarda ölkədə qiymət artımı ilə bağlı qeyd olunan fikirlərlə razı deyiləm. Çünki mən Milli Məclisin deputatı olmazdan əlavə həm də bir alıcı, sadə vətəndaşam. Gedib ticarət şəbəkəsindən ərzaq və digər məhsullar alırıq. Orada olan qiymətləri də təbii ki, müqayisə edirik. Bu müqayisə zamanı malların qiymətində heç də artım görmürəm”. Deputat həmçinin, bu gün ölkənin ticarət şəbəkəsində qiymət artımının həyata keçirilməsi üçün heç bir əsas olmadığını deyib.

Əslində bu məsələdə deputat haqlıdır, yəni qiymət artımı üçün heç bir əsas yoxdur. Birincisi, Azərbaycanın milli valyutası dəyərini qoruyub saxlayır. Dolların və digər xarici valyutaların da manata nisbətdə məzənnəsi uzun müddətdir sabit qalıb. Qiymət artımını şərtləndirəcək başqa amillər də qeydə alınmayıb. Başqa sözlə, bahalaşma üçün heç bir zəmin yoxdur. Amma buna baxmayaraq, noyabr ayından etibarən az qala hər gün ərzaq mallarının qiymətində 3-10 qəpik artım müşahidə olunur. Qiymət artımının olduğunu təkcə alıcılar və satıcılar demir, iqtisadçılar da bu barədə öz təhlillərində qeyd edirlər.

Belə olduğu təqdirdə hər kəsin gördüyünü deputatın görməməsi, yaxud gördüyünü etiraf etməməsi maraqlıdır. Görəsən, deputat olmaqla yanaşı alıcı da olan Azər Badamov reallığı niyə görməzdən gəlir? Ola bilməz ki, hər kəs üçün bahalaşan qiymətlə satılan mallar növbə deputata çatanda ucuzlaşdırılsın. Bəs o zaman deputatı bahalaşma  barədə susmağa məcbur edən nədir?

Qiymət artımına heç bir zərurət olmadığı bir zamanda süni bahalaşmanı müxtəlif səbəblərlə izah etmək olar. Sanki kimsə, gizli əl bahalaşmanı gündəlik prosedura çevirməklə əhali arasında narazılıq yaratmaq istəyir. Üstəlik də bunu əlavə qazanc əldə etməklə gerçəkləşdirirlər. Nəzərə alsaq ki, son zamanlar ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət başçısı tərəfidən ciddi addımlar atılır, o zaman bahalaşma yaradılmasındakı gizli səbəbləri anlamaq o qədər də çətin deyil. Amma sadə vətəndaşların da gördüyü bu həqiqətləri deputat görmür, yaxud da hansısa səbəbdən özünü görməzliyə vurur.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, rəsmi rəqəmlər Azərbaycanda təqribən 3 faiz civarında inflyasiya olduğunu göstərir:

“Belə çıxır ki, deputat dövlətin rəsmi rəqəmlərindən xəbərsizdir. Demək, deputat bu rəqəmləri şübhə altına qoyur? Bu suala deputat necə cavab verəcək, açığı, bu, mənim üçün çox maraqlıdır. Qiymət artımı ümumilikdə çox olsa da, ərzaq məhsullarında rəsmi rəqəmlərə görə, 4 faizdən bir qədər yuxarıdır. Əslində hamımız görürük ki, əsasən də kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur. Bunun təbii səbəbləri də var. Azərbaycanın yerli kənd təsərrüfatı məhsullarının çox təəssüf ki, uzunmüddətli saxlanma imkanları məhduddur. Buna görə də qış aylarında bu məhsullar bazarda azalır. Əvəzində isə daha çox xaricdən gələn məhsulları görürük ki, bu da qiymətlərə təsir göstərir. Bir səbəb də ənənədən doğur ki, Azərbaycanda həmişə yeni il ərəfəsində qiymətlər sürətlə qalxır və Novruz bayramı bitənə qədər davam edir. Normalda bayramlarda müəyyən endirimlər, aksiyalar olmalıdır. Amma Azərbaycanda tərsi baş verir və uzun illərdir ki, bu ənənə də qiymətlərə təsir edir. Digər bir məsələ inhisarçılıqla bağlıdır. Çox zaman məmurlar da, deputatlar da israr edirlər ki, Azərbaycanda inhisarçılıq yoxdur və bunun arqumenti kimi minlərlə, on minlərlə satış nöqtələrinin olduğunu deyirlər. Bildirirlər ki, bu qədər bazar və satış nöqtələri varsa, bunu inhisarçılığın olması ilə əlaqələndirmək olmaz. Amma bu məsələyə qeyri-səmimi bir yanaşma var. Söhbət ondan gedir ki, həmin ticarət şəbəkələrinə malla təmin edən topdansatış şirkətlərin sayı barmaq sayılacaq qədərdir. Yəni, Azərbaycanda azsaylı şirkətlər var ki, topdansatış ticarətlə məşğul olurlar. Məsələn, “Azərsun” Holdinq çox böyük istehsalçıdır.  Bazarda az qala öz seqmentində 80 faizlik paya malikdir. Bu da inhisarçılığa səbəb olan bir nəticədir. Bundan əlavə xaricdən gətirilən məhsullar var ki, bunları da azsaylı şirkətlər gətirir. İnhisarçılığa yol vermək üçün onların əlində kifayət qədər imkan var. Yəni, Azərbaycanda on minlərlə satış nöqtəsi var, amma onlara mal verən eyni şirkətlərdir. İnhisarçılıq da buradan doğur”.

İqtisadçı əlavə edib ki, digər mühüm məqamlardan biri də son zamanlar gömrük və vergi ilə bağlı müəyyən dəyişikliklərdir:

“Əsasən də ticarət obyektlərinin kiçik sahibkarlıqdan çıxarılması və onların vergi yükünün artırılması qiymətlərə müəyyən dərəcədə təsir göstərdi. Nə qədər qəribə səslənsə də, gömrükdə rəsmiləşmənin artması da bahalaşma səbəbidir. Gömrük Komitəsinin rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanda nəzərdə tutulandan, yəni plandan artıq 1 milyard manat vəsait toplayıb büdcəyə təhvil veriblər. Büdcənin artması yaxşı fakt olsa da, söhbət ondan gedir ki, gömrüklə rüsumlar artırıldıqca, onların rəsmiləşdirilməsi, yaxud ödənişlərin artırılması baş versə də vergi ödəyicisi vətəndaşdır. Heç bir biznes çevrəsi xərcləri öz cibindən ödəmir. Həmin xərcləri mal və xidmətlərin üzərinə gəlir. Bu da son zamanlar qiymət artımına təkan verən əsas amillərdən birinə çevrilib”.

Alçina Amilqızı
Cebhe.info

Əvvəlki yazı

Pensiya və müavinətlər nə qədər artacaq? –Ekspert detalları açıqladı

Sonrakı yazı

“Çarəsiz qalmışıq və Sizdən öz köməyinizi əsirgəməməyinizi xahiş edirik” – 1-ci vitse prezidentin müdaxiləsi lazım…

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.