06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Bəzi risklər hələ də qalmaqdadır” – Nazir

13 Noyabr 2018, 13:51
Gündəm, Seçmə
A A
“Bəzi risklər hələ də qalmaqdadır” – Nazir

 

“Əsas tərəfdaş ölkələrdə iqtisadi vəziyyət nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə orta müddətli dövrü üçün ölkəmizin sosial iqtisadi göstəriciləri hazırlanıb. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, dünya iqtisadi artımı 2018-ci il və 2019-cu ildə 3.7 faiz, Dünya Bankının hesablamalarına görə isə müvafiq olaraq 3.1 faiz olacağı proqnozlaşdırılır”.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O bildirib ki, əmtəə ixracatçısı olan bir çox ölkələrdə və MDB məkanında dayanıqlı iqtisadi artımın proqnozlaşdırılması, əmtəə ixracatçılarında artımla bağlı meylləri formalaşması, neft ixracatçıları olan ölkələrdə iqtisadi artımın 2018-ci ildə də müşahidə olunması, dünya iqtisadiyyatının artımını şərtləndirən amillər kimi nəzərə alınır.

 

Nazir deyib ki, hazırda dünyada müşahidə edilən müsbət tendensiyalarla yanaşı, bəzi risklər hələ də qalmaqdadır.

 

“İnkişaf etmiş ölkələrdə daha sərt maliyyə şərtlərinin tətbiqi nəticəsində inkişaf etməkdə olan iqtisadiyyatlara kapital axınının azalması həmçinin yeni ticarət tariflərinin tətbiqi, bəzi ölkələrdə geosiyasi gərginliklər əsas ticarət partnyorlarının milli valyutalarının dəyərini itirməsi risk yaradan amillərdən hesab olunur”.

Nazir qeyd edib ki, aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

 

“Qeyd olunduğu kimi Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib. 2019-cu ildə ÜDM-nin 3.9 faiz, növbəti illərdə orta hesabla 3.4 faiz artacağı, tədiyyə balansının cari hesabının 3.9 milyard dollar olacağı proqnozlaşdırılır”.

 

O həmçinin bildirib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti orta müddətli dövr üçün 60 dollar götürülüb.

 

“Gələn il “Şahdəniz” yatağında neft-qaz hasilatının artması, dövlət hesabına neft sektorunda 3.1 faiz, növbəti illərdə orta hesabla 3.2 faiz artım gözlənilir.

 

Növbəti ildə əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, burada xarici investisiyaların 7.5, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı, əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda 2.5 faiz artım gözlənilir. İndiyədək 281 sahibkara 320 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən bu layihələrə 2.7 milyard manat investisiya yatırılmaqla 21 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulub. İnvestisiya təşviqi sənədi almış müəssisələrinin 63 faizi artıq fəaliyyətə başlayıb, digərlərinin isə gələn ilin sonunadək fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun artımının 3.9 faiz olacağı proqnozlaşdırılır”.

Əvvəlki yazı

Bakıda YANĞIN: 100 şagird təxliyə edildi  

Sonrakı yazı

Deputat: “Müəllim və həkimlərin maaşı azdır”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.