10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Bərdə Doğum Evi rüşvət verməyən I qrup əlilin xanımını küçəyə atdı – Video/Dosye…

27 Noyabr 2018, 12:33
Uncategorized
A A
Bərdə Doğum Evi rüşvət verməyən I qrup əlilin xanımını küçəyə atdı – Video/Dosye…

Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bazar açıldığı, şöbənin müdiri Tünzalə Quliyevanın pulsuz sancı çəkən gələcəyin analarına baxmadığı haqda dəfələrlə yazılıb.

Cahan.info xatırladır ki, Bərdə RMX-nın baş həkimi Rəna Mustafayevanın bu şəraiti yaratdığı, T.Quliyevanın və şöbədəki həkimlərin pulsuz xidmət göstərmədiyi, ana-ölüm hallarının bu tibb ocağında artdığı işıqlandırılıb. Lakin nə ölçü götürülüb, nə nazirlik araşdırıb.

“Bu il noyabrın 21-də yoldaşım Şıxıyeva Lamiyə ciddi problemlə əlaqədar göndərişlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təcili tibbi yardım maşını ilə çatdırılıb”.

Bu sözləri isə Ağdamdan məcburi köçkün, Qasımbəyli qəsəbəsi ev 135-də yaşayan, I qrup hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlu dia.az-a məktubunda yazıb.

Onun sözlərinə görə, Bərdə Doğum Şöbəsinin həkim heyəti tərəfindən ona və ailəsinə qarşı qanunsuzluq, özbaşınalıq, tərbiyəsizlik edilib. I qrup əlil olan köçkün bildirib ki, ağır vəziyyətdə olan həyat yoldaşına yardım etməkdən imtina edilib.

Sitat: “Mənim I qrup əlil kimi xahişlərimə, hətta yalvarışlarıma baxmayaraq, xəstəmə baxmaqdan imtina etdilər. Bu həkimlərə küllü miqdarda pul lazımdır, kimin pulu varsa, ona xidmət edirlər.

Mənim kimi köməksiz vəziyyətdə olan I qrup hərbi xidmət əlilinə qarşı kobudluq və vəhşilik edirlər. Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət etsəmdə, nəticəsi olmadı.

Xəstə gətirilərkən onun ancaq maddi imkanına görə yardım göstərilir. Kimin 1000-2000 manatı varsa xidmət edirlər. Bu nə vəziyyətdi?”

Cahan.info yazır ki, R.Şıxıyev dövlətin xəstəxanasının tam açıq bazar olduğunu bildirib:“Korrupsiya yuvasıdır. Bu çox dözülməz vəziyyətdi. Bu cinayətdi. Səhiyyə Nazirliyinin bütün bunlara nəzarət etməli olan orqanları hara baxır?

Ümumiyyətlə, Bərdə doğum evində dövlət adına heç nə mövcud deyil.Hazırda həyat yoldaşım Ağdam xəstəxanasındadır, üç azyaşlı uşaqlarım sahibsiz küçələrdə qalıb.

Dövlətin, imkanlı şəxslərin yardımına möhtac I qrup əliləm. Dövlətimiz ağır vəziyyətimdə mənə niyə sahib çıxıb, Bərdə Doğum evinin həkimləri barədə tədbir görmür?

Bərdə Doğum Evindəki bu biabırçılığa son qoyulması üçün təxirə salınmadan tədbirlər görülsün, günahkarlar cəzalandırılaraq tutduğu vəzifədən kənarlaşdırılaraq barələrində cinayət işi qaldırılması təmin edilsin.

Xahiş edirəm ki, mənim həyat yoldaşımın təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birində müalicəsinə köməklik göstərəsiniz”.

Cahan.infomediaya istinadla xəbər verir ki, Doğum evinin baş həkimi Tünzalə Quliyeva “qeysəriyyə bazarı” açaraq “qaz vurub, qazan doldurur”.

Hər əməliyyatdan azı 500-700 manat xeyir götürən şöbə Bərdədə genofondu məhv etməklə məşğuldur.

Təbii doğuşun 300 manat olmasına görə, baş həkim ehtiyac oldu-olmadı hamilə qadınları aldadaraq qeysəriyyə əməliyyatına məcbur edir ki, 500-700 manat qoparsın.

Bu dəhşətli vəziyyətlə bağlı rayon sakinləri həyəcan təbili çalırlar. Bildirirlər ki, tezliklə Səhiyyə Nazirliyi Bərdənin Doğum Evində yoxlamalar aparmalıdır.

Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.

Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır.

Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir. Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.

Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur. Həkimlər onların “tələb”ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər. Deyilənlərə görə, bu sistemi tətbiq edən məhz Rəna Mustafayevadır.

Rayon sakinləri bildirirlər ki, hazırda Bərdədə təxminən, 1400 nəfər güzəştli kateqoriyadan olan xəstə var. Lakin Rəna Mustafayevanın baş həkimi olduğu xəstəxanada heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.

Əvvəlki yazı

Putin Merkellə Ukrayna ilə bağlı gərginliyi müzakirə etdi:”Hərbi vəziyyətin elan olunmasından narahatıq”

Sonrakı yazı

Şeyx Çexiyadakı mülklərini oğlunun adına keçirib – RƏSMİ (FOTOLAR)

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.