11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“BƏRBAD VLADİMİR” – Rusların Putinə minnətdarlıq hissi itməyə başlayıb

31 Dekabr 2018, 12:30
Manşet
A A
“BƏRBAD VLADİMİR” – Rusların Putinə minnətdarlıq hissi itməyə başlayıb

Vladimir Putin hakimiyyətinin iyirminci ili başlayır və elə bu məqamda ona etibarı ilə tanınan Rusiya parlamentinin spikeri prezident müddətini dəyişmək üçün konstitusiyaya yenidən baxılmasının mümkün olduğuna eyham vurub.

Görünür ki, Putin sonsuza qədər hakimiyyətdə qalmaq istəyir. İlk baxışda, nəyə görə də yox? Rusiya Yaxın Şərq münaqişəsində və həmçinin də buzları əriməyə doğru gedən Arktikanın dəniz yollarında gözlənilən qarşıdurmada mühüm oyunçu olub. O, Amerika və Avropanı cılovlaya bilib. Neftin qiyməti yüksəkdir və prezidentin iddiasına görə, 2011-ci ildən bu yana ilk dəfə Rusiya büdcəsində profisit olacaq.

Bütün bunlar və digər məsələlər barəsində Putin ilin axırında keçirilən özünün ənənəvi mətbuat konfransı zamanı danışıb. Lakin Rusiya prezidenti gələn il baş verməsi qaçılmaz olan və hakimiyyət üçün təlatümlər yaradacaq dərin sosial böhrandan diqqəti yayındırır. Çox böyük ehtimalla 2019-cu ildə Putin stuktur islahatları və siyasi dəyişikliklər həyata keçirməli olacaq. Bu o deməkdir ki, Putin Avropaya qayıtmaq üçün yollar axtarmalıdır. Bunun üçün o, Ukrayna ilə barışmaq məcburiyyətində qalacaq.

Putinin döyüş gəmiləri Ukrayna gəmilərinə hücum çəkir. Onun casusları Britaniya vətəndaşlarını zəhərləyərək bütün dünyaya göstərir ki, baxın, Rusiya Qərb demokratiyasının hüdudlarına necə dərin müdaxilə edir. O, qana susamış Bəşər Əsəd rejimini dəstəkləyərək demək istəyr ki, Rusiya Yaxın Şərqdə öz mövqeyini ABŞ-la müqayisədə daha çox saxlayacaq. Putin iki strateji bombardmançı təyyarəsini dağılmaqda olan Venesuelaya göndərməklə təsdiq etmək istəyir k, Rusiya ipə-sapa yatmayan diktator Maduro ilə kefi istədiyi kimi rəftar edə bilir. Xaricdə bu cür avantüra siyasəti yürütməklə Putin 20 il ərzində Rusiyanın milli qürurunu dirçəldir.

O ki qaldı ölkə daxilindəki vəziyyətə, Rusiyanın iqtisadi böyüməsi hədsiz dayanıqsız və çox zəifdir. 2018-ci ildə iqtisadi böyümə tempi 1,8% təşkil edib, gələn ilin böyümə proqnozu isə iki faiz olacaq. Beş ildir ki, sürən Qərb sanksiyaları iqtisadiyyatı taqətdən salır. Artıq sərmayə vasitələrinin çatışmamasını və maliyyə islahatlarının həyata keçirilə bilməməsini gizlətmək mümkün deyil.

Əgər neft və qaz hasilatını, metal istehsalını hesaba almasaq, onda Rusiyanı dünya miqyaslı iqtisadi oyunçu adlandırmaq yersizdir. Təqaüd sistemində islahat aparmaq cəhdi əhali içərisində qəzəbə səbəb olub. Qadınlar artıq 55 yaşında təqaüdə çıxa bilməyəcəklər, onlar 63 yaşına kimi işləməlidirlər. Kişilər isə yalnız 65 yaşında təqaüdə çıxa bilərlər. Kişilərin orta yaş hədi 67 il olan və zəif səhiyyə sistemli bir ölkədə bu cür təqaüd islahatı aparmaq qeyri-populyar addımdır.

Putinin yüksək reytinqi daha çox əhalinin minnətdarlığı ilə izah edilir. Çünki Sovet İttifaqının dağılmasından sonra Boris Yeltsinin yarıtmaz idarəetmə üsulu nəticəsində ölkəni didib parçalayan quldur-baronların mövqeyi güclənmişdi.

İndi bu minnətdarlıq tükənməyə başlayıb. Təxminən 55% rusiyalı hesab edir ki, həyat şəraitinin bahalaşmasında günahkar Putindir. Ölkə əhalisinin 30 faizi deyir ki, onlar nümayişlərə qoşulmağa hazırdılar.
Prezident postunu 2008-2012-ci illərdə nominal olaraq tutmuş və sonra isə az əhəmiyyət daşıyan baş nazir vəzifəsinə qayıtmış Medvedyevi saymasaq, gənc nəsil Putindən başqa lider tanımır. Gənclər hesab edir ki, təriflənən sabitlik, korrupsiya sözünü əvəz edən xoşagəlimli bir ifadədir və Rusiya cəmiyyəti durğunluq girdabına sürüklənib.

Yəqin ki, Putin rejiminin Rusiyanı Avropa köklərinə qaytaracağına ümid bəsləmək sadəlövhlük olardı. Amma əgər bu ölkə öz iqtisadiyyatını modernləşdirmək niyyətindədirsə, onda o, Qərb ideyalarına və Qərb maliyyəsinə açılmaq istiqamətində addımlar atmaq məcburiyyətindədir.

Kreml sanksiyalara cavab kimi xarici siyasətini gücləndirməyə səy göstərib və xüsusi xidmət orqanlarının enerjisini Qərb alyansını parçalamağa sərf edib.

Uzunmüddətli perspektivdə bu manevrlər Rusiyanın nüfuzunu və hakimiyyətini, həmçinin də Putinin ölkə daxilindəki populyarlığını gücləndirməyəcək, əksinə zəiflədəcək. Həmin uzunmüddətli perspektivdə üzə çıxacaq əlamətlər artıq indidən təzahür etməyə başlayıb.

(“The Times”-Böyük Britaniya)

Əvvəlki yazı

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Sonrakı yazı

2019-da AVROPANI GÖZLƏYƏN DƏHŞƏTLƏR:iqitsadi böhran, başağrısı törədən qaçqınlar, güclənən irqçilik… – Təhlil

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.