AzTV “Palitra ART” verilişi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

15 İyun 2019 - 12:12
69 oxunma

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Palitra ART” verilişi ilə bağlı bir sıra saytlarda yayılan məlumatlara münasibət bildirib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, qarşı tərəfin mövqeyi öyrənilmədən verilişin səbəbi bildirilmədən bağlanılması, aparıcıya haqsızlıq edilməsi həqiqətəuyğun deyil:

“Bəli, AzTV-də kreativ qrup yaradılıb və qrupa kifayət qədər təcrübəli , “Ağ-Qara”, “Gənclik stansiyası”, “Sağlam ol”, “Gün başladı” kimi kreativ layihələrin rəhbəri Nazilə Babayeva rəhbər təyin olunub. Burada məqsəd forma və məzmun baxımından kifayət qədər köhnəlmiş, müasir tamaşaçının tələblərinə cavab verməyən verilişləri müəyyən edərək onları ya başqa verilişlərlə əvəz etmək, ya da keyfiyyət baxımından dəyişdirməkdir. “Palitra ART” də bu verilişlərdəndir. Verilişin müəllifi ilə rəhbərlik bir neçə dəfə görüşüb, iradlarını bildirib”.

Qurumdan təəssüflə bildirilib ki, bəzi informasiya portalları AzTV-də son vaxtlar ard-arda müxtəlif mövzularda start götürən verilişlərin fonunda keyfiyyətcə uyğun olmayan bir verilişin bağlanmasını “qalmaqal” başlığı ilə, jurnalistika qaydalarına zidd olaraq qarşı tərəfin mövqeyini öyrənmədən sensasiya kimi tirajlayıblar:

“Hər televizyada adi hal sayılan verilişlər üzərində iş prosesi, hansısa layihənin bağlanması və ya açılması prosesinin belə qalmaqal kimi təqdim edilərək şou yaradılması oxucularda çaşqınlıq yaradır ki, bu da peşə qaydaları baxımından arzuolunan hal deyil. Biz dəfələrlə həmkarlarımıza bildiririk ki, barəmizdə istənilən xəbəri və ya açıqlamanı yayan zaman bizim də ən azı mövqeyimiz öyrənilsin. AzTV həmişə həmkarların müraciətlərinə açıqdır, həmkarlarla əməkdaşlıqdan məmnun olardı”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"