16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZAL uçuşların yeni qaydalarını açıqladı – Siyahı/Video

11 İyun 2020, 17:56
Gündəm, Manşet
A A
AZAL uçuşların yeni qaydalarını açıqladı – Siyahı/Video

Pandemiya dövründə sərnişin daşımaları ilə bağlı AZAL-ın yeni qaydaları müəyyənləşib. 

Reportyor.info xəbər verir ki, bu qaydalara əsasən Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:

– yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;

– terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq – dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər;

–  aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;

– girişdə bütün sərnişinlərin  bədən hərarəti  ölçüləcək,  37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;

–  aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;

– qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways”  aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;

– uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;

–  sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Hava gəmisi salonunda aşağıdakı tədbirlər görüləcək:

– sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək;

– tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir;

– ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq;

– Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna uçub gələn sərnişinlərə münasibətdə aşağıdakı tədbirlər görüləcək:

– uçuşdan sonra bütün sərnişinlər hava limanı əməkdaşlarının təlimatlarına əməl etməlidirlər, onlar növbəli qaydada bədən hərarətinin ölçülməsi və xüsusi testlərdən keçmək üçün yönləndiriləcəklər;

– xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda həmin sərnişin tibbi heyət tərəfindən xüsusi avtomaşın vasitəsilə müvafiq tibb müəssisəsinə çatdırılacaqdır. Bu halda sərhəd xidmətinin əməkdaşı çağırılaraq mobil avadanlıq vasitəsilə sərhəd nəzarəti həyata keçiriləcək;

– test nəticələri mənfi olan sərnişinlər sosial məsafəni təmin etmək üçün xüsusi döşəmə işarələrinə riayət etməklə sərhəd nəzarətinə yaxınlaşacaqlar;

– uçuşdan sonra sərnişinlərin baqajı dezinfeksiya olunacaq və üzərinə bunu təsdiq edən xüsusi stiker vurulacaq;

– qarşılayan şəxslər sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksindən kənarda  gözləyə bilərlər.

Qaydaların əyani nümayişi üçün “Azərbaycan Hava Yolları” tərəfindən hava limanında və hava gəmisində yuxarıda qeyd olunan prosedurlardan keçmə ardıcıllığını əks etdirən videoçarx hazırlanmışdır. Videoçarxla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

Qeyd etməliyik ki, profilaktik işlər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında və hava gəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Hava limanı ərazisində istifadə edilmiş maskaların və digər fərdi qoruyucu vasitələrin atılması üçün kifayət qədər qapalı tullantı qutusu mövcuddur.

Reyslərdə qida təminatı əməkdaşlar tərəfindən bütün sanitar normalara riayət etməklə həyata keçirilir, bütün birdəfəlik istifadə qabları utilizasiya olunur.

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin hava gəmiləri salonlarında hava HEPA-filtrləri mütəmadi surətdə dəyişdirilir.

“Azərbaycan Hava Yolları” Operativ Qərargahın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı sərnişinlərə tövsiyə edir.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbəsində, uçuşun maksimal dərəcədə rahat və təhlükəsiz keçməsi üçün bütün səylərini səfərbər edəcəklər.

Əvvəlki yazı

Bu gün 6 nəfər ölüb, 352 yoluxma… – Qərargah

Sonrakı yazı

Sərnişinlər təyyarə biletini qaytara bilər – Rəsmi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.