14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərxalça” işçiləri 5 aydır maaş almır – Aksiya

06 Avqust 2020, 12:45
Sosial
A A
“Azərxalça” işçiləri 5 aydır maaş almır – Aksiya

“Mən “Azərxalça”nın Abşeron filialında çalışıram. Kollektivimiz 80 nəfərdir. Bizim işçilərdən ibarət qrupumuz var, hər kəs müəssisənin fəliyyətindən narazıdır. Çünki fevral ayından etibarən maaşlarımızı vermirlər”. 

Reportyor.info xəbər verir ki, bu sözləri “Azərxalça” ASC-nin Abşeron filialının işçisi Ruhiyyə Çələbiyeva müraciətində deyib. O qeyd edib ki,  problemlə əlaqədar bir dəfə sexin həyətində toplaşıb etirazlarını bildiriblər, lakin nəticə olmayıb:

“Fevral ayından sonra 2 dəfə bizə 100 manat pul verdilər. Hətta bəziləri 46 manat aldı, ümumiyyətlə, məbləğlər fərqli idi. Ən yüksək alan elə 4-5 nəfər olduq. Biri guya mart ayının maaşıdır, digəri isə evdə qaldığınızı görə verilib. Hər həftə maaş kartını yoxlayırıq ki, bəlkə maaşımızı köçürmüş olarlar. Bildirim ki, müqavilə işləyirik və müqavilədə maaş 250 manat yazılıb. Biz mart ayından etibarən evdəyik. İşçilərin hamısı çətin vəziyyətdə yaşayırlar, imkan yoxdur. Maaş kartınıza görə çox ehtiyacımız olduğu halda, nə 190 manat, nə də digər yardımlardan ala bildik. Amma aylardır maaş üzü görmürük. Müdiriyyət bizi düşünmür. Çox pis vəziyyətdəyik. Ehtiyac üzündən işləyirik, elə xanımlar var ki, ailədə gəlir gətirən  yoxdur, yoldaşı rəhmətə getdib və övladına baxmaq üçün işləyir, hətta mən ürəyim xəstə ola-ola işləyirəm. Vəziyyəti nəzərə almalıdırlar. Dövlət bütün sahibkarlara pul ayırır ki, işçilər pis vəziyyətdə qalmasın, bizim maaşımızı yeməsinlər”.

Məsələyə münasibət bildirən “Azərxalça”ASC-nin mətbuat katibi Tural Səfərov əməkhaqqı ilə bağlı problemin yarandığını təsdiqləyib:

“Fevral ayının əməkhaqqını almayıblar, lakin mart ayında iş günü az olduğu üçün onlara həmin müddətin maaşı verilib. Daha sonra isə məlumdur ki, karantin olub. Xalçaçılar işəmuzd əməkhaqqı alırlar. Yəni nə qədər xalça toxuyurlarsa, onun qarşılığı verilir, dövlət əlavə pul verə bilməz. Bir kvadrat metr xalçanın toxunması üçün müəyyənləşdirilən əməkhaqqı 250 manatdır. Ondan az xalça toxunsa, maaş 250 manatdan az olacaq. Yox, əgər işçi 2 kvadrat metr toxusa, 500 manat maaş alacaq. Ümumiyyətlə, əgər toxucu 1 kvadrat metrdən az xalça toxuyursa, heç onu işdə saxlamalı deyilik, çünki məhsuldar deyil. Sadəcə olaraq gənc olmalarını, işə yeni başlamalarını nəzərə alaraq müəyyən vaxt tanıyırıq ki, zamanla öyrənsinlər.

Əməkhaqqının az verilməsi məsələsinə gəldikdə isə Tural Səfərov bildirib ki, mart ayında iş günlərinin sayı az olub,ona görə də 70-80 manat maaş ödənilib:

“Pandemiya ilə əlaqədar dünya bazarındakı vəziyyət bəllidir, giriş çıxışlar məhdudlaşdırılıb. Məhsul çıxarıb satmaq qeyri-mümkündür, bu səbəblə də maliyyə problemi yaranıb. Həmçinin emal mərkəzi olmalıdır ki, xalçalar yuyulub satılsın. Sözügedən mərkəzin yaradılması bu il üçün nəzərdə tutulmuşdu, lakin o da axsayıb. Bundan əlavə bizim Sumqayıtda yunəyirici boyaq fabrikimiz var. Onun mart ayında istifadəyə verilməsi nəzərdə tutulur ki, xammal oradan çıxsın. Hazırda biz xammalı xaricdən alırıq. Pandemiyaya görə onu da ala bilmirik. Müəssisələrin işləməmə səbəbi həm də xammalın olmamasıdır. Bundan əlavə, bizim fabriklərdə 70-80 nəfər bir yerdə çalışır. Toxucuların çalışdığı yerdə aralarında 30-35 santimetr məsafə var. Karantin tələbinə görə isə məsafə 2 metr olmalıdır. Bu isə işsizlik üçün bir digər səbəbdir”.

Həmsöhbətimiz vurğulayıb ki, maliyyə problemi ilə əlaqədar hökumətə müraciət olunub:

“Köməklik göstərilməsi tələb edilib. Bu məsələyə Maliyyə və İqtisadiyyat nazirliklərində baxılıb. Artıq son mərhələdir. Yaxın günlərdə bizə vəsait ayıracaqlar. Bu vəsaitə əsasən də fevral ayı üçün tam əməkhaqqı, digər aylara görə isə minimum əməkhaqqının 2/3 hissəsi işçilərə ödəniləcək. Boş dayanma yarandığına görə, müəssisə belə edəcək. Əməkhaqqının 2/3-si isə dövlətin verdiyi 190 manatdan az deyil, təxminən o civarda olacaq. Bunların hamısı 7-10 gün ərzində mümkün olacaq. Biz işçilərin sex rəislərinə, filial direktorlarına lazımi məlumatı vermişik. İşçilərin bu haqda məlumatlarının olmaması qəribədir. Hətta bəzi işçilərə özüm vəziyyəti izah etmişəm. Hər gün toxucularla danışıram. Hazırkı vəziyyət belədir və bundan dövlətin də xəbəri var. “Azərxalça” təsərrüfat çaplı müəssisədir, yəni özü toxuyub satmalı və elə gəlir əldə etməlidir”.

Əvvəlki yazı

Zaqatalanı sel aparıb, deputatlar mürgüləyir…

Sonrakı yazı

“Payızda vəziyyət pisləşə bilər” – Baş infeksionist

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.