“Azərsun” rəhbəri İraqda bina tikir – Foto

18 Noyabr 2019 - 10:27
1354 oxunma

 

İraq Mərkəzi Bankının yeni binasının tikintisini “Azərsun holdinq”in rəhbəri Abdolbari Gözəl ailəsinə məxsus DAAX Construction MMC həyata keçirir.

Reportyor.info xəbər verir ki, bunu jurnalist Cavanşir Həsənli yayıb. DAAX Construction MMC 2006-cı ildə DİA Holdinqin ortaqlığı ilə Azərbaycanda təsis edilib və Yaxın Şərqdə ailəyə məxsus ən iri şirkətlər qrupu sayılan DAAX korporasiyasına daxildir. Şirkətə “Azərsun” rəhbərinin qardaşı oğlu Həsən Gözəl (Hassan Gozal) rəhbərlik edir.

Şirkət Azərbaycanda böyük vəsaitlər hesabına başa gələn fantastik layihələrin – 250 milyon dollara başa gələn Heydər Əliyev Mərkəzinin, 350 milyon dollarlıq Alov Qüllələrinin, 2 milyard dollar vəsait yönəldilən Şahdağ Turizm Kompleksi, Qəbələ rezidensiyası və Baku Premium Villas-ın tikintisini həyata keçirib.

Yeri gəlmişkən, İraq Mərkəzi Bankının “Yeni Babil qülləsi” adlandırılan yeni binasının dizayn müəllifi də Heydər Əliyev Mərkəzinin dizaynının müəllifi olan Zaha Hadiddir. 162,52 metr hündürlüyündə nəzərdə tutulan bina 2021-ci ilin sonuna kimi hazır olacaq və 800 milyon dollara başa gələcək.

REPORTYOR.info

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"