11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azəristiliktəchizat”da tender oyunbazlığı

21 Fevral 2020, 14:10
Seçmə, Banner
A A
“Azəristiliktəchizat”da tender oyunbazlığı

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin qanuni təmsilçilərinin müxalif mövqeli partiyalara yaxın şəxslər olmasının bir təsadüfürmü?..

Azərbaycanda dövlət maliyyəli qurumların sifarişçi olduqları satınalmalarda korrupsiya hallarının olması barədə dəfələrlə yazılıb.

Bir müddət öncə “Neuron Technologies” şirkətinin sahibi İsmayıl Ələkbərov dövlət qurumları tərəfindən elan edilən tenderlərin bir hissəsi yalnız nağdlaşdırma məqsədilə keçirildiyini bildirmişdi.

İş adamının sözlərinə görə Aərbaycanda elə dövlət qurumları var ki, sifarişçi olduqları tenderlərin 50%, bəzən isə hətta 70-80% «otkat» formasında geri alırlar. Qeyri-rəsmi olaraq “otkat” adlanan bu proses müxtəlif yollarla həyata keçirilir: ya sifarişi alan pulun müəyyən hissəsini əvvəlcədən ödəyir, ya pul hesabına oturduqdan sonra.

“Otkat”ın əvəzində isə sifarişi alan tərəf qiymətləri istədiyi kimi müəyyənləşdirir, aşağı keyfiyyətli məhsuldan istifadə edib, baha qiymətə rəsmiləşdirir. Yeri gəlmişkən, tender qanunvericiliyinin posulması zəncirvari prosesə çevrilərək, digər sahələrdə də qanunsuzluqlara yol açır və görülən işlərin keyfiyyətinə çox ciddi təsir göstərir.

Maraqlı olan isə budur ki, çoxsaylı dövlət satınalmaları həyata keçirən dövlət maliyyəli qurumların bəzilərinin fəaliyyətləri çox zaman heç də qənaətbəxş olmur.

PİA.az-ın araşdırması zamanı məlum oldu ki, il ərzində çoxsaylı dövlət satınalmaları həyata keçirən qurumlardan biri də “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətidir (ASC). Ancaq bununla belə ölkə mediasında qurumun fəaliyyəti ilə bağlı şikayətlər bitib tükənmək bilmir.

Qeyd edək ki, hələ ötən ilin iyul ayında mətbuatda “Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlərdə maxinasiya hallarının olması barədə araşdırma yazı dərc edilmişdi.

““Azəristiliktəchizat” siyasi partiyanı maliyyələşdirir? (TENDER QALMAQALI)” başlıqlı sözügedən məqalədə “Azəristiliktəchizat” ASC-nin yüz minlərlə ölçülən tenderlərini “Alonya” və “Antalya” MMC-lərin udduğu bildirilirdi.

Həmin yazıda hər iki MMC-nin qanuni təmsilçisi Xocavənd rayonunun Tuğ qəsəbəsi olan şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğlunun Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olduğu bildirilirdi.

Yazıda ən ilginc məqam isə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə “Azəristiliktəchizat” ASC-nin sədri “Əməkdar Mühəndis” Yaşar Həsənovun eyni rayondan – Ordubad rayondan olması yazılırdı…

831 min manatlıq tenderin qalibi kimdir?

PİA.az-ın araşdırma qrupu “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu bir sıra tenderlər üzərində araşdırma aparıb.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC 2019-cu ilin sentyabr ayının 30-da 3 (üç) lot üzrə ümumi dəyəri 566532 (beş yüz altmış altı min beş yüz otuz iki) manat olub.

Eyni gündə yekun vurulan hər üç tenderin qalibi eyni şirkət – “Elektrogas” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

“Elektrogas” MMC bu ilin – 2020-ci ilin yanvar ayında “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu “Məsafədən nəzarət ölçü sistemləri və elektrotexniki avadanlıqlarının satınalınması” lotu üzrə dəyəri 264.707 manat olan daha bir tenderinin qalibi olub.

Beləliklə də “Elektrogas” MMC-nin “Azəristiliktəchizat” ASC-nin qalib olduğu tenderlərinin ümumi məbləği 831.239 manat təşkil edib.

Nizamnamə kapitalı 20 manat olan “Elektrogas” MMC 2018-ci ilin avqust ayının 13-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Yasamal rayonu, general Akim Abbasov keçəsi ev 1C, mənzil 22 ünvanıdır.

Şirkətin qanuni təmsilçisi isə Cəmilli Elnur Muxtar oğludur.

Bəs 258.850 manatlıq satınalmanın qalibi kimdir?

2020-ci ilin yeni başlamasına baxmayaraq, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti artıq bir neçə satınalmaya yekun vura bilib.

Belə ki, “Azəristiliktəchizat” ASC-nin 2020-ci ilin yanvar ayının 10-da “Modul tipli qazanxanaların daşınması və quraşdırılmasının satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 21.600 manat, satınalmanın qalibi isə “EL-Rado” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Azəristiliktəchizat” ASC eyni gündə, yəni 2020-ci ilin yanvar ayının 10-da daha bir satınalmaya yekun vurub. “Xüsusi texnika, maşın və mexanizmilərin icarəsinin satınalınması” lotu üzrə sifariş olunan tenderin məbləği 237.250 manat, satınalmanın qalibi isə yenə də “EL-Rado” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

“EL-Rado” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin aprel ayının 9-da dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, qanuni təmsilçisi isə “Azəristiliktəchizat” ASC-nin digər tenderlərinin qalibi olan “Elektrogas” MMC-nin qanuni təmsilçisi Cəmilli Elnur Muxtar oğludur.

PİA.az-ın araşdırması zamanı məlum oldu ki, “Azəristiliktəchizat” ASC-nin sifarişçi olduğu tender və kotirovkaların qalibi olan “Elektrogas” və “EL-Rado” MMC-lərin qanuni təmsilçisi 1979-cu il təvəllüdlü Elnur Cəmillinin atası Muxtar Cəmilli Musavat partiyasının fəallarından, daha doğrusu Musavat partiyasının Bərdə rayon təşkilatının sədr müavinidir. Məlumata görə bir zamanlar Musavat Partiyasının başqanının müşaviri kimi fəaliyyət göstərən Muxtar Cəmilli hakimiyyətə qarşı barışmaz mövqe sərgiləyən şəxslərdən sayılır.

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sifarişçi olduğu satınalmaların qalibi olan şirkətlərin qanuni təmsilçilərinin müxalif mövqeli partiyalara yaxın şəxslər olmasının bir təsadüf olub olmaması doğrudan da maraq doğuran məqamlardandır.

Qeyd edək ki, məsələ ilə bağlı PİA.az “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sorğu yollayıb. Sorğunun yollanılmasından uzun müddət keçməsinə baxmayaraq heç bir cavab ala bilməmişik.

Əvvəlki yazı

Koronavirus qapımızda: qurumlar hərəkətləndi

Sonrakı yazı

AAYDA-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.