“Azərişıq”ın maşını dərəyə aşdı: 2 ölü

18 Sentyabr 2019 - 13:54
67 oxunma

Quba rayonunda “Azərişıq” ASC-yə məxsus UAZ markalı avtomobil dərəyə aşıb, nəticədə iki əməkdaş həlak olub. Daha iki nəfər yaralanıb.  Hadisə “Azərişıq” ASC-nin Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə getdiyi vaxt baş verib.

Belə ki, avtomobil Söhüb kəndi ərazisində yamacda dayanarkən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan Namik Rüstəmov və Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev faktı təsdiq edib və bildirib ki, hadisə araşdırılır: “Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarəti altındadır. Hadisənin səbəblərinin araşdırmaq üçün artıq regional idarəmizin rəhbər işçiləri Qubadadır. Araşdırmadan sonra əlavə məlumat veriləcək”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"