04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanlı biznesmen Dubayda məhkəməni uddu

11 May 2018, 10:56
Cəmiyyət
A A
Azərbaycanlı biznesmen Dubayda məhkəməni uddu

İki gün əvvəl-mayın 9-da Dubayın Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi (DİFC) azərbaycanlı biznesmen Fərhad Əhmədovun “Luna” adlı yaxtasına onun keçmiş arvadının xeyrinə həbs qoyulması işi üzrə apelyasiya şikayətinə baxıb. Virtualaz.org “gazeta.ru”ya istinadən xəbər verir ki, apelyasiya məhkəməsi Fərhad Əhmədovun keçmiş arvadının və onun hüquqşünaslar ordusunun yaxtaya dair arqumentlərini rədd edib, biznesmenin vəkillərinin arqumentlərini haqlı sayıb.

Xəbər verildiyi kimi, Əhmədovun dəyəri 540 milyon dollar olan yaxtasına London məhkəməsinin çıxardığı qərar əsasında  bu ilin fevralında Dubayın “Port Rashid” limanında DİFC məhkəməsi tərəfindən həbs qoyulmuşdu. London Yüksək Məhkəməsi 2016-cı ilin sonlarında F.Əhmədovu keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında ona 600 milyon dollardan çox təzminat ödəməyə məhkum edib.

Lakin biznesmen özünün və vəkillərinin iştirakı olmadan çıxarılan bu qərarı tanımadığını, təzminat ödəməyəcəyini bildirib. Və bu ilin əvvəllərində məhkəmə T.Əhmədovanın vəkillərinin iddiası əsasında yaxtaya həbs qoyulması və onun biznesmenin keçmiş arvadının xeyrinə müsadirə edilməsi haqda xəlvəti qərar çıxarmışdı. Beynəlxalq media, o cümlədən Rusiya mediası yazırdı ki, Britaniya məhkəməsinin F.Əhmədovu bu cür cəzalandırması onun Qərblə qarşıdurmada Rusiyanın mövqeyini fəal müdafiə etməsi ilə bağlıdır.

Yaxta biznesmenin ailə investisiya fondu olan “Straight Establishment”ə məxsusdur.

Apellyasiya məhkəməsi ötən gün belə qərara alıb ki, DİFC məhkəməsi ümumiyyətlə yaxtaya həbs qoyulması işinə baxmamalıydı. Çünki nə yaxta, nə onun qanuni sahibi kimi  Fərhad Əhmədovun ailə investisiya fondu 2016-cı ildə London məhkəməsinin çıxardığı təzminat hökmündə tərəflər deyildilər.

“Bu sadəcə olaraq yanlış qərar idi. Hakimlər bu cür qısa müddət ərzində qərar verdiklərinə görə aydındır ki, bu əvvəl qəbul edilmiş qərarla bağlı səhvin düzəldilməsinin vacibliyini sübut edir. Bu iddia ümumiyyətlə baxılmaq üçün qəbul edilməməliydi”, – Fərhad Əhmədov apelyasiya məhkəməsinin qərarını şərh edərkən bildirib.

“Reallıq belədir ki, mənim keçmiş arvadım və onun bahalı hüquqşünaslardan ibarət ordusu növbəti dəfə təcrübəli hakimləri aldatmağa, manipulyasiya etməyə çalışdılar. Lakin onlar uğursuzluğa düçar oldular”, – biznesmen qeyd edib.

F.Əhmədov deyib ki, DİFC Apellyasiya məhkəməsinin əvvəlki qərarla bağlı öz imicinə vurduğu zərəri bu cür sürətlə aradan qaldırmasına görə bir çox nüfuzlu yerli və xarici investorların çox məmnun qalacağına əmindir.

Ekspertlər  isə qeyd edirlər ki, bundan əvvəl Britaniya məhkəmə sisteminin mövqeyi ilə razılaşan Dubay məhkəməsi öz yuridiksiyasına aid olan ərazilərdə şəriət qanunlarının aliliyini şübhə altına almış olurdu. Bu da Dubayda investisiya mühitinə zərər vura bilərdi.

“Bu gün Əhmədovun ikiqat bayramıdır-Qələbə günü, hansı ki, həmişə qeyd edir və məhkəməni udması. Apellyasiya instansiyası yaxtaya həbs qoyulması üçün iddiaçı tərəfin hüquqşünaslarının etibarsız sənədlərinə istinad edildiyini öyrənəndə şoka düşüb”, – Rusiyanın real siyasət Akademiyasının vitse-prezidenti Sergey Solovyev situasiyanı şərh edərkən deyib.

Dünənki məhkəmə prosesini izləyən mənbələrin bildirdiyinə görə Tatyana Əhmədovanın vəkilləri Dubayda əvvəlcə xəlvəti şəkildə DİFC məhkəməsinə müraciət edərək biznesmenin ailə investisiya şirkətinin xəbəri olmadan onun mülkiyyətində olan yaxtaya həbs qoyulmasına nail olub. Apellyasiya məhkəməsi T.Əhmədovanın vəkillərini dünənki məhkəmə dinləmələri zamanı dindirəndə onlar ziddiyətli cavablar veriblər, hüquqi arqumentlərini dəyişməyə çalışıblar və öz hərəkətlərinə haqq qazandıra bilməyiblər.

Dubayda çoxillik təcrübəyə malik olan vəkillər deyirlər ki, onlar DFİC Apellyasiya məhkəməsinin bu cür mühüm məsələyə dair qərarı cəmi bir neçə saat ərzində hər iki tərəfin arqumentlərini dinləyərək çıxardığının şahidi olmamışdılar.

“Onlar deyirlər ki, bu məqam hakimlərin məhkəmənin qərarının kökündən yanlış olduğuna heç bir şübhələrinin qalmadığını göstərir”, – mənbələr bildirir.

Virtualaz.org

Əvvəlki yazı

Tovuzda 35 yaşlı qadın özünü yandıraraq intihar edib

Sonrakı yazı

Neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata bilər.

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.