AZƏRBAYCANIN SƏRHƏD DÖYÜŞ MƏNTƏQƏSİ ATƏŞƏ TUTULDU – Əsgərimiz yaralanıb

18 İyul 2019 - 13:48
67 oxunma

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Xidmətin 11:28-də yaydığı məlumatda deyilir:

“18 iyul 2019-cu il tarixdə saat 00:20radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulmuş, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurul­ub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yara­lanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi he­yəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da güclən­diril­məsi istiqamətində müvafiq tapşırıqlar verib”.

 

 

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"