16-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AZƏRBAYCANIN QORXULU YUXUSU:Amerika-İran savaşı Cənubu Qafazın geopolitik mənzərəsini laxladacaq – Təhlil

15 May 2019, 10:28
Manşet
A A
AZƏRBAYCANIN QORXULU YUXUSU:Amerika-İran savaşı Cənubu Qafazın geopolitik mənzərəsini laxladacaq – Təhlil

Stanislav Tarasov

news-front.info, 14.05.2019

 

Bakının Minval.az portalı bu günlərdə öz siyasi icmalçısı Nuraninin “Azərbaycanı yeni savaş təhdid edirmi?” məqaləsini dərc edib. Burada Amerikanın İrana hərbi zərbəsinin Bakı üçün mümkün nəticələri müzakirə olunur.

Açığını deyək, biz Nuraninin toxunulan bölgəsəl problemlər və özəlliklə Rusiyanın Cənubi Qafqaz siyasətinə dair bəzi nəticələrini bölüşmürük. Müəllif indiki halda yaranmış duruma özəl siyasi həssaslıq göstərərək hesab edir ki, “Azərbaycan tamamilə anlaşılan səbəblərdən bu gün ciddi diplomatik səylər göstərir ki, yad savaşa çəkilməsin, antitehran platformasına çevrilmək niyyətində deyil”, amma “İranın mümkün hərəkətləri” üzündən buna cəlb oluna bilər.

Doğrudan da, Bakının hələ bir neçə il qabaq respublika rəhbərliyinin ən qorxunc yuxusuna da girə bilməyəcək “güclü xarici oyunçuların paradı” ilə işi olmağa başlayır.

Amerikanın “Eurasianet” nəşrinin dəyərləndirdiyinə görə, Azərbaycan “obyektiv var olan tarixi, coğrafi və geopolitik şərtlər üzündən çətin duruma” düşür. Bakı buna görə də hansı siyasətə tərəfdarlığından asılı olmayaraq hadisələr burulğanına çəkilə bilər. Özəlliklə ABŞ-ın İrana hərbi zərbəsi və yaxud İranı Suriyaya döndərmək qəsdilə Vaşinqtonun Tehrana qarşı quraşdırma başqa ssenari hərəkətlərindən istifadə etməyə başlayacağı halda.  ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli hələ 2018-ci ilin başlanğıcında İran etirazlarıyla bağlı BMT TŞ-nin toplantısı ərəfəsində bundan açıq danışıb. Lakin ABŞ və İran arasında mümkün savaşın necə görünəcəyini söyləmək hələlik çətindir.

Ekspertlərin dəyərləndirdiyinə görə, indi durum “savaşqabağı” mərhələyə meyllənir, çünki amerikalılar Fars körfəzi zonasında hərbi iştirakı gücləndirirlər. Mümkün hərbi zərbənin cizgiləri ixtisaslaşmış və açıq mətbuatda çoxdan yazılıb: HHM obyektlərinə, döyüşü yönəltmə və rabitə məntəqələrinə nöqtə zərbələri, bundan sonra hərbi infrastruktur dağıdılır. İraqda və ya Yuqoslaviyada belə olub. Sonra isə ölkənin hərbi və siyasi rəhbərliyini boyun əyməyə vadar edirlər. Fransanın “Le Figaro” qəzeti hesab edir ki, hər şey İranın güney sərhədlərində məhəlli silahlı toqquşmadan başlana bilər. Fars körfəzi sularında durumun nəzarət olunmayan inkişafı mümkündür, bundan sonra, Əfqanıstanda tətbiq edildiyi kimi, yerli etnik “kollaborantlar”ın və “demokratların və başqa müxalif-terrorçu birləşmələrin” silahlı dəstələri fəallaşa bilər. Tehran bütün bunlara qarşı dura bilərmi? Hərbi, sənaye və özəlliklə mədəni baxımdan – şübhəsiz. Amma, ABŞ prezidenti Donald Trampın bildirdiyi kimi, İran tərəfi o cümlədən münaqişəli daxili-siyasi durum nəzərə alınmaqla “böyük problemlər” qazanmaq riskinə gedir. Deməli, hətta ərazisi İrana qarşı fəal əməliyyatlar üçün meydan kimi istifadə olunmayacaqsa da, Bakı nəyə hazır olmalıdır?

İranlı qaçqınlar, birinci növbədə etnik azərbaycanlılar problemi meydana çıxacaq. Ekspert dəyərləndirmələrinə görə, onlar 5-10 milyona yaxın adamdır. Onlar təkcə Azərbaycan ərazisinə deyil, İran-Qarabağ sərhədindən indi Ermənistanın nəzarət etdiyi bölgələrə keçəcəklər. Qaçqınların belə axınını durdurmaq mümkünsüzdür, bu, Azərbaycanda xaos yarada bilər. O biri yandan, Rusiyanın məşhur araşdırıcısı Sergey Markedonovun güman etdiyi kimi, “ABŞ İranda tammiqyaslı, ya da məhdud “demokratikləşmə” apararsa (məsələn, İran Azərbaycanının “demokratikləşməsi” vasitəsilə), onda Yaxın Şərq münaqişəsinin Cənubi Qafqaza keçmək təhlükəsi xeyli gerçək ola bilər”.

Onun sözlərinə görə, problemlər həm də ona görə meydana çıxacaq ki, “sovetsonrası Azərbaycan elitası (ABŞ və İsrailin ənənəvi müttəfiqi) Türkiyəyə və Birləşmiş Ştatlara yön götürüb, Azərbaycan liderləri Azərbaycandakı radikal islamçılara dəstəyə və bu dövlətdə dünyəvi hakimiyyət modelini islam dövlətilə əvəzləmək cəhdlərinə görə İranı həmişə tənqid ediblər”.

Unutmağına dəyməz ki, İranın azərbaycanlı əhalisi Azərbaycanın öz əhalisinin sayını üç dəfə üstələyir, Azərbaycan Respublikasının rəsmi ideologiyası və tarixşünaslığında isə sünicəsinə iki yerə bölünmüş Azərbaycana vahid tarixi ərazi kimi baxış üstünlük təşkil edir. Amma birləşmə təşəbbüsü (tarixi ərazilərin qaytarılması-S.T.) Bakıdan deyil, Tehrandan qaynaqlanacaq.

Belə ki, Azərbaycan Amerika-İran qarşıdurmasının yayıldığı fonda İrana münasibətdə Ermənistan tərəfi üçün xeyirxah Tehranın mövqeyini nəzərə almaqla təsadüfən incə siyasət yürütməyə başlamayıb. Axı geopolitik qeyri-müəyyənliklər və Bakıya tabe olmayan amillər üzündən Azərbaycan və İranın birgə bölgə layihələri, birinci növbədə “Şimal-Cənub” layihəsi pozulacaq. Bakı həm xam neft, təbii qaz  ixracatçısı, həm də Naxçıvan anklavında daxili istehlak üçün İran qazının (arabir) idxalatçısı kimi çətin duruma düşəcək.

Amma İrəvan da İran qazından olacaq, Tehranla münasibət onun üçün həyat önəmlidir, çünki bu ölkənin sərhədləri şərqdə (Azərbaycanla) və qərbdə (Türkiyə ilə) bağlıdır. Yəni Vaşinqtonun İrana güclənən basqısı Azərbaycanın onsuz da lax geopolitik durumunu qəlizləşdirir və qabaqlar edildiyi kimi, öz bölgə maraqlarıyla Qərbin maraqları arasında manevr və tarazlıq axtarışı imkanları təkcə onun üçün yox olmayacaq.

Hadisələrin sonrakı inkişafına gəlincə, bunun gedişi daha çox bölgədə əsas xarici oyunçuların maraqlarının nə qədər üst-üstə düşüb-düşməyəcəyindən asılı olacaq. ABŞ İran yönündə “qara iş”in başlanğıcını törətmək istəyi sərgiləyir, hərəkətlənmək niyyətində olduğu “özgə əl” axtarır.

Rusiyaya gəlincə, “tarixi maneələr”ə bir də ilişməyinə dəyməz, Cənubi Qafqazda öz oyunumuzu oynamaqla ABŞ-a münasibətdə yetərincə müstəqil davranmaq gərəkdir.

Bu bölgədə ciddi geopolitik dəyişikliklər dönəmi yaxınlaşır.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

Millət vəkilinin dəstəyi ilə Tovuz Gənclər Evində möhtəşəm təqdimat

Sonrakı yazı

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenə pozub –Müdafiə Nazirliyi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.