Azərbaycanın olimpiya çempionu Rusiyadakı xatirə turnirində qızıl medal qazanıb

3 May 2019 - 21:13
225 oxunma

Rusiyanın Kaspiysk şəhərində keçirilən Əli Əliyevin xatirə turniri başa çatıb.

“Report”un məlumatına görə, yarışın son günündə Azərbaycanın daha iki güləşçisi fəxri kürsüyə qalxıb.

Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabıyla məğlub edən dünya, olimpiya və Avropa çempionu qızıl medal qazanıb.

Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbəylə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan Hacıyev gümüş medalla kifayətlənib.

Xatırladaq ki, dünən Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Beləliklə, yığma yarışdan bir dəst medalla ayrılıb.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"