Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

14 Yanvar 2019 - 02:13
37 oxunma

Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin əməkdaşı intihar edib.

Reportyor.info-nun məlumatına görə, 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov banklardan birinə məxsus ofisdə tabel silahı ilə başına güllə ilə atəş açıb. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub.

Sayt qeyd edir ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına düşüb.

Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, mərhum ailəli olub, iki azyaşlı övladı var.

İlkin Tapdıqov Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı olub.

Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"