Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb- Rəsmi

14 Fevral 2019 - 02:07
217 oxunma

“Azərbaycanda korrupsiyanın daha çox qeydə alındığı sahələr açıqlanıb”.

“Report” xəbər verir ki, bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var: “Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir. Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur. Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur”.

K.Cəfərov bildirib ki, bu il ekoloji cinayətlərlə bağlı 28 cinayət işi qeydə alınıb: “Amma 2017-ci ildə ekologiya ilə bağlı bir dənə də olsun cinayət işi olmayıb”.

Sosial şəbəkədə paylaş

Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex
Reportyor.info saytının redaksiyası ilə əlaqə:Telefon - 0553490491, Email - reportyor.info@gmail.com



Baş redaktor: Arifə Əliyeva Vahid qızı

Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon; +994553490491, +994706307040
email - reportyor.info@gmail.com

Giriş | Hazırladı "Qurdqanlı Design"