İlin ilk yarısında Azərbaycanda keçirilməsi planlaşdırılan bəzi beynəlxalq yarışlar baş tutmayıb.
“Report”un məlumatına görə, koronavirus pandemiyası səbəbindən onların bir neçəsi ləğv edilib, digərləri isə təxirə salınıb.
Ləğv edilən və ya təxirə salınan yarışların siyahısı:
12 – 15 mart. İdman gimnastikası üzrə Dünya Kuboku: Yarış təsnifat mərhələlərindən sonra martın 13-də yarımçıq dayandırılıb. Beynəlxalq Gimnastika Federasiyasının qərarına əsasən, seçmə mərhələnin nəticələri yekun hesab olunub və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verilib.
25 – 29 mart. Karate üzrə Avropa çempionatı: 2020-ci il üçün Avropa çempionatı ləğv edilib. Əvəzində Azərbaycan Milli Karate Federasiyası 2022-ci ildə eyni yarışa ev sahibliyi etməyə müsbət cavab verib.