21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanda devalvasiya riskini azaldan profisit – 1,7 MİLYARD DOLLAR

15 Sentyabr 2018, 11:16
Cəmiyyət
A A
Azərbaycanda devalvasiya riskini azaldan profisit – 1,7 MİLYARD DOLLAR

2018-ci ilin yanvar-iyun ayları üzrə Azərbaycanın tədiyə balansının ümumi profisiti 1.7 milyard dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart ayları üzrə tədiyə balansının ümumi profisiti 1.1 milyard dollar təşkil etmişdi.

“Marja” 2018-ci ilin yanvar-iyun ayları üçün Azərbaycan Respublikasının Tədiyyə balansına istinadən xəbər verir ki, tədiyyə balansında artım bu həm neft qiymətinin 40% bahalaşması, həm də Cari Əməliyyatlar Balansında (CƏB) yaranmış müsbət tendensiyalar hesabına baş vermişdir.

Cari Əməliyyatlar Balansında 3,5 milyard dollarlıq profisit yaranmış, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə ötən ilin müvafiq dövrünə nəzərən 25.7% (564 milyon dollar) artaraq 2.8 milyard dollar olmuşdur.

NEFT-QAZ SEKTORU QEYRİ-NEFT SEKTORUNUN KƏSİRİNİ ÖRTÜB

Cari əməliyyatlar hesabı 2018-ci ilin yanvar-iyun aylarında cari əməliyyatlar hesabında 3.5 milyard dollar məbləğində profisit yaranmış, o cümlədən neft-qaz sektoru üzrə profisit 6.3 milyard dollar məbləğində olmuşdur. Qeyri-neft sektoru üzrə CƏB kəsiri ötən ilin müvafiq dövrünə nisbətən 25.7% (564 milyon dollar), neft-qaz sektoru üzrə CƏB profisiti isə 2.1 dəfə (3.3 milyard dollar) artmışdır. Neftqaz sektorunun 6.3 milyard dollarlıq profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2.8 milyard dollarlıq məbləğində kəsirini tam örtmüşdür. CƏB profisitin əsas amilləri:

– Xarici ticarət balansında profisitin 1.4 dəfə artması;

– İxracın neft-qaz sektoru üzrə 42.3%, qeyri-neft sektoru üzrə isə 14.1% artması;

– Xidmətlər balansında kəsirin 2.1 dəfə azalması, o cümlədən, tikinti xidmətləri üzrə kəsirin 2 dəfə (726 milyon dollar) azalması və turizm xidmətləri üzrə balansın 223 milyon dollar (20% artım) müsbət olması;

– İlkin gəlirlər balansında kəsirin 6.4% azalması;

– Təkrar gəlirlər balansında profisitin (71 milyon dollar) 24.2% artması.

TƏDİYYƏ BALANSI NƏDİR?

Tədiyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı 3 hissədən ibarətdir:

-Cari əməliyyatlar balansı;

-Kapitalın və maliyyənin hərəkəti balansı;

-Ehtiyat aktivləri.

Cari əməliyyatlar balansı malların və xidmətlərin idxalı və ixracının, faktor gəlirlərinin mədaxili və məxaricinin, habelə cari transfertlərin ümumi saldosunu özündə ehtiva edir.

DEVALVASİYA İLƏ ƏLAQƏSİ

Adətən, bir ölkə milli valyutasını devalvasiya edirsə, deməli, o ölkənin tədiyyə balansında kəsiri var. Yəni, ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan çoxdur. Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramaz və idxal yenidən artır.

Tədiyyə balansından göründüyü kimi, Azərbaycanda kəsir deyil, profisit (artıqlıq) söz mövzusudur. Bu baxımdan devalvasiya riski azalır. Bu gün əsas risk, Manatın sabit qalması fonunda, Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaması və nəticədə Azərbaycanın ixracı üçün təzyiqin artmasıdır.

marja1536985393tb

Əvvəlki yazı

“Nar” 15 sentyabr– Bilik günü münasibətilə daha bir müsabiqə keçirir

Sonrakı yazı

İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq – DETALLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.